Dünya
“Virus müharibəsi” 2021-ci ilin sonunda başa çatacaqmı? - SENSASİON AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan yeni növ koronavirus epidemiyasının ilin sonuna qədər bitməsi barədə yayılan məlumatların real olmadığını bildirib.
Publika.az-ın xəbərinə görə, M.Rayan epidemiyanın gedişi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən “Epidemiyanın 2021-ci ilin sonunda bitəcəyini gözləmək çox erkəndir və real deyil” deyib.
“Virusun nəzarət altına alındığını söyləmək hələ tezdir. ÜST epidemiyanın qarşısını almağa çalışır, lakin hazırda bütün nəzarət artıqlaması ilə virusdadır”.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə təşkilatın onlayn mətbuat konfransında yoluxma sayının artdığını bildirib:
“7 həftəlik azalmadan sonra yoluxma sayında yenidən artım müşahidə edilməyə başlayıb. Yoluxmalar Amerika, Avropa, Cənub-Şərqi Asiya ölkələri və Şərqi Aralıq dənizi ətrafı ərazilərdə daha çox artıb. Bu bizi məyus edir, lakin təəccüblü hal deyil. Odur ki, ölkələr karantin tədbirlərini qüvvədə saxlamağa davam etməlidir”.
ÜST direktoru əlavə edib ki, COVAX daxilində ilk dəfə Qana və Fildişi Sahilində vaksinasiya işlərinə start verilib. Bu gündən mayın sonuna qədər 142 COVAX üzv ölkəsinə 237 milyon doza peyvənd tədarük edilməsi planlaşdırılır.
Qurumun COVID-19-a qarşı mübarizə qrupunun rəhbəri Mariya Van Kerkove bildirib ki, epidemiyanın nə zaman bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Kerkove epidemiyaya qarşı görülən bütün tədbirlərə riayət edilməli olduğunu, əks halda virusun yenidən “sıçrayacağını” vurğulayıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
