Dünya
O da Trampdan belə pul qazanır - FOTO
Çinli rəssam Hon Tszinşi ABŞ-ın sabiq prezidenti Donald Trampı Budda obrazında gil heykəlini yaradıb.
Publika.az xəbər verir ki, rəssam "ABC News"a Tramp bəzi videolarda hər şeyi bilən kimi göründüyündən belə bir ideyanı gərçəkləşdirməyi qərara aldığını söyləyib. O deyir ki, Trampı "heç kimin onu keçə bilməyəcəyi, hər şeydən agah vəziyyətdə" yaratmaq istəyib.
Tszinşi deyir ki, heykəl sülhsevər görünüşə malikdir. Rəssamın sözlərinə görə, Trampın heykəli ilə şəxsiyyəti bir-birilə ziddiyyət təşkil edir.
"Hesab edirəm ki, bu müqayisə xüsusilə maraqlıdır. Bu, konfliktdir", - deyən rəssam əlavə edib ki, öz işinə siyasi çalar vermək fikri olmayıb.
Meditasiya edən Trampın fiquru sosial şəbəkədə az zamanda populyarlaşıb. Tzinşi onun iki fərqli ölçüdə fiqurunu hazırlayaraq birini 150, digərini 610 dollara satır. "Öz biznesini yenidən möhtəşəm et", - rəssam elanın altında yazıb.
Çinli rəssamın fiqurla bağlı problemi də yaranıb. Çünki Budda-Trampın fiqurunu artıq başqaları da düzəldib satmağa başlayırblar.
Chinese artist’s Buddha Trump becomes ‘yuge’ online sensation. https://t.co/7HqEZDJPcS
— ABC News (@ABC) March 20, 2021
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
