Dünya
Bioloji savaşın müəllifləri ifşa olunur: "Dərin hesablaşma" gözlənilir
Britaniyanın Mİ-6 kəşfiyyat servisinin "laboratoriyadan məqsədli sızıntı" iddiası bütün diqqətləri Çin üzərindən ABŞ-a doğru yönəldib; ABŞ-da isə CİA kəşfiyyat servisinin "pandemiya necə və kimlər tərəfindən planlaşdırılıb" məzmunu daşıyan hesabatını bloklamağa çalışırlar...
Dünya qapanma və ətalət dövründən tədricən çıxmağa başlayıb. Həyatın yenidən hərəkətə gəlməkdə olduğu müşahidə edilir. Bu baxımdan, yeni dünyanın necə olacağı da indi böyük maraq doğurur.
Ancaq köhnə həyat şərtlərinin kimlərə sərfəli olmadığı da indi insanları ciddi şəkildə düşündürən mövzuların sırasına daxildir. Hər halda, onları dəyişmək üçün yüzminlərlə günahsız insanın həyatına qəddarcasına qəsd edildiyi də artıq qətiyyən şübhə doğurmur. Və yəqin ki, bundan sonra "koronavirus necə peyda oldu" sualı hələ uzun müddət aktual qalmaqla yanaşı, ciddi müzakirə mövzusu olacaq.
Maraqlıdır ki, bu virusun peyda olduğu ilk günlərdən başlayaraq, onun laboratoriyada icad edildiyi barədə şübhələr mövcud idi. Çünki virusun təbiət versiyası mövcud olsa da, insan həyatı üçün elə bir ciddi təhlükə törətmədiyi çoxdan məlumdur. Bütün dünyanı son 1,5 il ərzində girova çevirmiş virusda isə daha çox bioloji silahın əlamətləri müşahidə edilirdi.
Ona görə də, dünyanı öz təsiri altına salmaq istəyən hansısa qaranlıq və dərin güclərin bu virus vasitəsilə bəşəriyyətə qarşı bioloji savaşa başladıqları barədə iddialar da var idi. Hətta bu iddialar bütün digər mümkün variantlardan daha çox ciddiyə alınırdı. Reallığa yaxın hesab olunurdu.
Təbii ki, bütün bunları nəzərə aldıqda, koronavirus ilə bağlı yeni elmi araşdırmaların nəticələri elə də böyük təəccübə səbəb olmadı. Əslində, insanlar həmin nəticələrə elə əvvəlcədən hazır idilər. Sadəcə, təxmin edilən bəşəri cinayətin elmi araşdırmalarla təsdiqini gözləyirdilər.
Belə təsdiq isə iki önəmli alimin elmi araşdırmaları sayəsində mümkün ola bilər. Çünki britaniyalı professor Anqus Dalqliş və norveçli virusoloq Birqer Sorensen koronavirusun süni mənşəyi barədə sübutlara malik olduqlarını bəyan ediblər. Və bu, doğru olacağı təqdirdə, beynəlxalq səviyyədə yeni hesablaşmaların qaçılmazlığı şübhə doğurmur.
Məsələ ondadır ki, hər iki mütəxəssis SARS-Cov-2 virusunun çinli alimlər tərəfindən hazırlandığını iddia edir. Ancaq sonradan çinli alimlər "izləri təmizləmək" məqsədilə bu virusun təbiət mənşəli olduğunu sübut edə biləcək "dəlillər" icad ediblər.
Dalqliş və Sorensenin Uhan laboratoriyasında 2002-2019-cu illər ərzində aparılan eksperimentlərin təhlili nəticəsində gəldikləri qənaətə görə, bu gizli elmi müəssisədə SARS-Cov-2 yaradılması üçün vacib olan "bioloji alət"lər hazırlanıb. Və çinli alimlər bu işi bəzi ABŞ universitetləri ilə ortaq fəaliyyət sayəsində reallaşdıra biliblər.
Təbii ki, iddianın məhz bu hissəsi böyük maraq doğurur. Hər halda, dünyanın virusun girovuna çevrilməsində yalnız çinli alimlərin deyil, məhz amerikalı elm adamlarının da yaxından iştirak etməsi müəyyən ehtimallara əsas verir. Və onların üzündə ayrıca dayanmağa ehtiyac olmamış deyil.
Məsələ ondadır ki, virusun daha ölümcül, sürətlə yayılan və insan orqanizmində çoxalan olması üçün önəmli elmi müdaxilələr edilib. Bu, koronavirusun insanlara təsirini öyrənmək baxımından, vacib hesab olunub.
Beləliklə, çinli alimlər yaradanlardan götürdükləri virusa yeni "bioloji alətlər" əlavə etməklə, onu ifrat yoluxucu və ölümcül SARS-Cov-2 halına gətirə biliblər.
Əlbəttə, bu iddianın elmi izahı kifayət qədər genişdir. Əsasən də koronavirusun xüsusi laboratoriyada hazırlanaraq, insanlara qarşı bioloji silah kimi istifadə edildiyinin sübut olunması üzərində qurulub. Və belə anlaşılır ki, qətiyyən təsadüfi olmayan bu elmi araşdırmanın nəticələrinin açıqlanmasından sonra çox tezliklə, əsl hədəflər bir-birinin ardınca "vurulmağa" başlayacaq.
Onu da qeyd edək ki, çinli alimlərlə yanaşı, amerikalı elm adamlarının da suçlanması gözlənildiyindən daha dərin hesablamanın qətiyyən istisna olmadığına işarə sayıla bilər. Belə ki, Çinin gizli və sirrli patronun məhz ABŞ-da olması barədə iddialar mövcuddur. Hesab olunur ki, ABŞ-ın parçalanmış "dərin dövlət"inin qanadlarından biri Çini səhnə arxasından himayə edir. Bu dövləti daha da gücləndirərək, dünya hegemonluğunu təmin etməyi hədəfləyir. Yəni, müəyyən mənada, ABŞ-ın əleyhinə fəaliyyət göstərdiyi ehtimal olunur. Hətta ABŞ-ın gələcəyini ciddi təhlükə altına salan Bayden administrasiyasının hakimiyyətə gətirilməsi də bu planın tərkib hissəsi sayılır. Və bu, daha geniş, həm də bir qədər fərqli söhbətin mövzusudur.
Hələlik isə yalnız onu qeyd edək ki, həmin "dərin güc"ün Çin üzərindən bütün dünyaya qarşı bioloji savaş açmış ola biləcəyi qətiyyən istisna deyil. Əsas məqsəd isə dünya dövlətlərinin və transmilli korporasiyaların vahid mərkəzdən idarə edilməsinə nail olmaqdır. Halbuki, artıq artmaqda olan beynəlxalq müqavimət bu planın baş tutma ehtimalını ciddi şəkildə zəiflətməyə də başlayıb.
Məsələ ondadır ki, indi dünyanı fəlakətə sürükləyənlərin hədəfə çıxarılma mərhələsi başlanmış kimi görünür. Hər halda, britaniyalı və norveçli alimlərin iddiaları qətiyyən təsadüfi deyil. Üstəlik, onların iddialarına xüsusi xidmət servislərinin kəşfiyyat dəstəyi də işə salınıb. Belə ki, Böyük Britaniyanın Mİ-6 kəşfiyyat servisi də pandemiyanın səbəbinin məhz Uhandakı virusoloji laboratoriyadan "məqsədli sızıntı" ilə birbaşa bağlı olduğunu bəyan edib. Və bu bəyanatdan sonra bütün diqqətlərin Çin üzərindən ABŞ-a doğru yönəldiyi də müşahidə olunur.
Məsələ ondadır ki, bu sirrin üstü tam şəkildə açılarsa, yalnız Çində deyil, ABŞ-da da bəzi "dərin güclər"in hədəfə gələcəyi ehtimal edilir. Hətta ABŞ-ın bütün dünyada məşhur olan kəşfiyyat orqanlarından biri CİA pandemiyanın necə və kimlər tərəfindən planlaşdırıldığı barədə geniş araşdırmanı yekunlaşdırmaq üzrə olduğunu bəyan edib. Yaxınlarda həmin araşdırma əsasında hazırlanacaq hesabatın təqdim olunacağını vurğulayıb.
Ancaq qəribə də olsa, ABŞ-ın bəzi siyasi və parlament dairələrindən CİA rəhbərliyinə tələsik qənaətlərin açıqlanmasının məsuliyyəti xatırladılıb. Tam əminlik yaradan sübutlar əldə olunmadan belə məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb.
Belə anlaşılır ki, kimlərsə, ciddi şəkildə narahatdır. Dünyanı fəlakətə sürükləməyin məsuliyyəti ilə üzləşməkdən yayınmaq istəyənlərin mövcudluğu artıq açıq-aşkar müşahidə olunur. Bu baxımdan, ehtimal etmək olar ki, 1,5 il davam edən bioloji savaşın müəllifləri artıq ifşa olunmaq üzrədir. Tezliklə "dərin hesablaşma" qaçılmaz ola bilər. / Musavat.com
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı