Dünya
ÜST-dən HƏYƏCAN TƏBİLİ: Vəziyyət yenidən dəyişir... - VİDEO
Video əlavə edilib.
xxx
Koronavirusun “Delta” ştamı dünyada yeni yoluxma artımının əsas səbəbidir, biz üçüncü yoluxma dalğasının başlanğıcındayıq.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun COVID-19 infeksiyası üzrə Fövqəladə Komitəsinin iclasının açılış mərasimində çıxış edərkən deyib.
“Delta” ştamı hazırkı yoluxma artımının əsas hərəkətverici elementlərindən biridir, o, artan sosial təsirlərdən və insan hərəkətlərindən, həmçinin təsdiqlənmiş sosial və ictimai sağlamlıq tədbirlərinin uyğunsuz istifadəsindən qaynaqlanır”, - deyə Qebreyesus bildirib. Onun sözlərinə görə, Avropa və Şimali Amerika əhalisi arasında vaksinasiya səviyyəsinin artması bəhrə verməyə başlayıb, bu regionlarda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilib. Lakin vəziyyət yenidən dəyişir və dünya “üçüncü yoluxma dalğasının başlanğıcındadır.
“Artıq ardıcıl olaraq dördüncü həftədir ki, dünyada COVID-19 infeksiyasına yoluxma halları artmaqda davam edir. On həftəlik enişdən sonra ölüm səviyyəsi də artmağa başlayıb”, - deyə ÜST-nin Baş direktoru əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi üç aydan bir toplanaraq koronavirusun yayılma təhlükəsini qiymətləndirir. Hazırda komitənin qərarına əsasən, COVID-19 ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət səviyyəsindədir.
Komitə öz iclasının nəticələrinə əsasən, iyulun 15-də ÜST üçün yenilənmiş tövsiyələrini təqdim etməlidir.
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi

















.jpg)














