Dünya
Misir və Tunisdə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Misir və Tunisin dövlət başçıları Əbdülfəttah əl-Sisi və Kais Said bu ölkələrdə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanunları imzalayıblar.
Publika.az xəbər verir ki, Misir Prezidenti parlamentin 2017-ci ildən davam edən fövqəladə vəziyyət rejiminin 14-cü dəfə, daha 3 ay müddətinə uzadılması barədə qərarını təsdiq edib. Rejim həmin il Tanta və İsgəndəriyyə şəhərlərində 45 xristianın ölümü ilə nəticələnən kütləvi terror aktlarından sonra tətbiq edilmişdi.
Tunisdə isə fövqəladə vəziyyət rejimi 6 ay müddətinə uzadılıb. Bu ölkədə 2015-ci ilin noyabrında Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra sərt rejim tətbiq edilmişdi. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.
Hazırda Misirin Sinay yarımadasının şimalında və Tunis paytaxtında terrorçu qruplaşmalara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir. Hakimiyyətlərin qənaətinə görə, fövqəladə vəziyyət rejimi onların maliyyə mənbələrini aşkar etməyə və ekstremist təbliğatı aparan media orqanları və sosial şəbəkələrin qarşısını almağa imkan yaradır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
