Dünya
Quterreşdən SƏRT TƏLƏB: Alfa Kondeni dərhal sərbəst buraxın
BMT-nin baş katibi Antonio Quterreş Qvineyada hakimiyyətin ələ keçirilməsini pisləyib və ölkə prezidenti Alfa Kondenin dərhal azad edilməsini tələb edib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilat rəhbəri "Twitter"də paylaşım edib.
Mətndə deyilir: "Qvineyadakı vəziyyəti yaxından izləyirəm. Silahla nəzarətin ələ keçirilməsini şiddətlə qınayıram və Prezident Alpha Condenin dərhal azad edilməsini tələb edirəm".
Qeyd edək ki, Qvineyanın üsyançı lideri, xüsusi təyinatlı polkovnik Mamadi Dumbuya dövlət televiziyasında çıxış edərək, prezident Alfa Kondenin həbsini, hökumətin buraxılmasını və konstitusiyanın dayandırılmasını elan edib.
Daha əvvəl, Dumbuya sosial şəbəkələrdə yaydığı bir videoda, Milli Birlik və İnkişaf Komitəsinin lideri vəzifəsini tutduğunu açıqlayıb. Onun sözlərinə görə, komitənin məqsədi dövlətin qarşısında duran problemləri həll etmək üçün bütün ölkə vətəndaşlarını birləşdirməkdir.
Hüseyn
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)