Dünya
COVID-19-un yaranma nəzəriyyəsi: 2012-də...
Yeni tip koronavirus 2012-ci ildə yoluxmuş çinli şaxtaçının bədənində təkamül edə bilər, çünki ondakı virusun nümunələri Uhandakı laboratoriyaya göndərilmişdi, güman ki, oradan da virus sızıb.
Publika.az xəbər verir ki, bunu "Telegraph" qəzeti yazır.
Amerikanın Bioscience Resource Project təşkilarının icraçı direktoru Conatan Letemin sözlərinə görə, virus bir adamın bədənində uzun müddət qalanda "təkamül sıçrayışları" edərək xeyli sayda mutasiya keçə bilir.
"SARS-CoV-2"yə dönmək üçün o şaxtaçının bədənində virus yüzlərlə mutasiya keçib. Onilliklər təxminən altı aya sığıb. Bizim nəzəriyyəmizə görə, analoji təkamül 2012--ci ildə şaxtaçının müəmmalı şəkildə yoluxmasından sonra onun ağciyərində baş tutub. Həmçinin infeksiyanın alovlanması zamanı yoluxan şaxtaçılardan götürülən tibbi nümunədən virus ətrafa sızıb", - Letem söyləyib.
Qəzetin məlumatına görə, 2012-ci ildə Çinin Yunnan əyalətindəki şaxtanı yarasaların ifrazatından təmizləyən altı şaxtaçıda "pnevmoniyaya bənzəyən" xəstəlik tapıblar. Onlardan üçü ölüb, qalanları altı ay xəstəxanda yatıblar. Şaxtaçıların ölümündən bir il sonra Uhan alimləri həmin yerdə yarasalarda RaTG13 koronavirusu aşkarlayıblar, bu isə COVID-19-a səbəb olan virusla təxminən 96% identikdir.
"Bilirik ki, şaxtanın yanında aşkarlanan xeyli sayda koronavirus bir-birindən fərqlənirdi, eləcə də bilirik ki, şaxtaçıların bəziləri uzun zaman xəstəxanada yatıblar. Onların müalicəsi altı ay çəkib və uyğunlaşmış insan koronavirusunun təkamülünə səbəb olub", - Letem deyib.
Qeyd olunur ki, şaxtaçıların yoluxduğu virusun nümunələri Uhandakı mütəxəssislərə göndərilib, COVID-19-un ilk alovlanması da məhz həmin şəhərdə baş verib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)