Dünya
Bu, dünya əhalisinin məhvinə səbəb ola bilər - XƏBƏRDARLIQ
ABŞ-ın 18 kəşfiyyat qurumu iqlim dəyişikliyinin Amerika və qlobal təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı 27 səhifəlik hesabat yayımlayıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hesabatda iqlim dəyişikliyinin səbəb ola biləcəyi fəlakətlərin qlobal qeyri-sabitliyə gətirib çıxaracağı, planetdə güc balansının dəyişə biləcəyi bildirilib.
“İqlim Dəyişikliyi üzrə Milli Kəşfiyyat Proqnozu” adlı sənəddə deyilib ki, iqlim dəyişikliyi səbəbindən geosiyasi gərginliklər artdıqca ABŞ-ın milli təhlükəsizlik maraqları üçün risklər də artacaq.
Sənəddə qeyd edilib ki, inkişaf etməkdə olan ölkələr ABŞ-ın diplomatik, iqtisadi, humanitar və hərbi resurslarından əlavə tələblər irəli sürəcək, lazımi tədbirləri maliyyələşdirə bilməsələr, iqlim dəyişikliyinin ən ağır nəticələri ilə üzləşəcəklər.
Hesabatda həmçinin təhlükəsizlik, iqtisadi və hərbi risklərin nə vaxt və harada yarana biləcəyinə dair proqnozlar da yer alıb. Şimal Qütbünün buz təbəqəsi əridikcə, Şimal Buzlu okeandakı gəmiçilik yolları və bölgədəki təbii sərvətlər uğrunda qlobal qarşıdurma riskinin artacağı ehtimal edilir.
Yaxın Şərq, Cənubi Asiya, Mərkəzi Afrika, Mərkəzi Amerika və Sakit okeandakı ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalacaqları bildirilib.
Hesabatda iqlim dəyişikliyi ilə bağlı miqrasiyanın digər böyük narahatlıq mənbəyi olduğu deyilib, eyni zamanda, dünyada əhalinin çox olduğu bölgələrin yaşayış üçün yararsız hala düşə və insanları köçə məcbur edə biləcəyi bildirilib.
Hesabatda iqlim dəyişikliyinin qlobal qeyri-sabitliyə səbəb olacağı, bunun da planetdəki güc balansını dəyişə biləcəyi vurğulanıb.
Sənəddə həmçinin iqlim dəyişikliyinin bəşəriyyət üçün ən böyük təhlükəsizlik riski olduğu, nəzarət edilməzsə, dünya əhalisinin və iqtisadiyyatların məhvinə səbəb olacağı iddia edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





