Dünya
ABŞ Hərbi Dəniz Qüvvələri İran gəmisini ələ keçirdi
ABŞ Hərbi Dəniz Qüvvələri İrandan husilərə yük daşıdığı iddia edilən gəmini ələ keçirib.
Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının Beşinci Donanmasının məlumatına görə, İrandan Yəmənin şimalında "Ənsar Allah" (Husi) üsyançılarına partlayıcı maddələrin istehsalında istifadə oluna bilən maddə (gübrə) daşıdığı iddia edilən gəmini Oman körfəzində ələ keçirib.
Qeyd olunur ki, İrandan yola düşən gəmi “ənənəvi olaraq Yəmən husilərini silahla təmin etmək üçün istifadə edilən” marşrutla hərəkət edib.
"ABŞ qüvvələri gəminin yoxlanılması, təftişin aparılması nəticəsində kənd təsərrüfatı gübrələri üçün istifadə edilən və partlayıcı maddələrin istehsalında da istifadə olunan kimyəvi birləşmə olan 40 ton karbamid aşkar edib", - ABŞ Beşinci Donanması Tvitter hesabında yazıb .
Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının koalisiya qüvvələri (CMF) ilə birlikdə 2021-ci ildə Körfəz bölgəsində dəniz patrulları nəticəsində rekord sayda qeyri-qanuni yük ələ keçirdiyini bildirib.
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
































