Dünya
Husilər bu ölkəyə HÜCUM EDƏCƏK
Yəmənin “Ənsar Allah” ( husilər ) üsyançı hərəkatı tezliklə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində yeni hərbi əməliyyat elan edəcək.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə üsyançıların rəsmi nümayəndəsi, briqada generalı Yəhya Sariya öz "Twitter" səhifəsində məlumat verib .
"Yaxın saatlarda Yəmən Silahlı Qüvvələrinin (husilər) BƏƏ-nin ərazisinin dərinliklərində genişmiqyaslı hərbi əməliyyatın təfərrüatları ilə bağlı mühüm bəyanatı dərc olunacaq", - "Ənsar Allah" sözçüsü deyib.
BƏƏ səlahiyyətliləri üsyançıların bu bəyanatını hələlik şərh etməyiblər.
Yanvarın 17-də husilər Əbu-Dabi Milli Neft Şirkətinin infrastrukturuna, eləcə də BƏƏ paytaxtının beynəlxalq hava limanı yaxınlığındakı tikinti sahəsinə pilotsuz təyyarələr və ballistik raketlərdən istifadə edərək hücum ediblər. Şirkətin obyektlərindən birində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 5-dən çox insan yaralanıb.
Yanvarın 24-nə keçən gecə BƏƏ Müdafiə Nazirliyi husilərin Əbu-Dabiyə göndərdiyi iki ballistik raketin tutulması və məhv edilməsi barədə məlumat verib. Daha sonra departament Yəməndə "Ənsar Allah" nümayəndələrinə məxsus ballistik raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.
Hüseyn
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır
-
Sağlamlıq09:00Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq









.png)



.jpg)
.jpg)



.jpg)













