Dünya
Ərdoğan Ukraynaya getdi - YENİLƏNDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşüb.
Onu hava limanından dövlət rəsmiləri yola salıb.
xxx
09:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün - fevralın 3-də Ukraynaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.
Açıqlamaya əsasən, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək. Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.
Nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək Şura toplantısında strateji ortaqlıq çərçivəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün istiqamətləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi imkanları müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, bu səfər Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı dövrə təsadüf edir. Rəcəb Tayyib Ərdoğan iki dövlət arasında vasitəşilik etməyə hazır olduğunu bildirmişdi. Rusiya Preizdenti də yaxın zamanlarda Ukrayna ilə mövcud gərginliyin tənzimlənməsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi














.jpg)
.png)


.jpg)



















