Dünya
Ermənistanda əsgərlər mövqelərdən yoxa çıxdı
Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır.
Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahid və müvafiq ifadə yoxdur.
src="/storage/files/upload/31fe31bd80d2258671a51d72e802a0b62f1d80ee.jpg" style="width: 711px; height: 405.27px;" class="fr-fic fr-dib">
Üstəlik, Vahenin yoxa çıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.
Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb. (report)
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi


































.jpg)
.jpg)
