Dünya
Buna təlabat getdikcə artır - Verdiyev
"Hazırda dünya silah bazarında orta və yüksək hündürlükdə uzun müddət qalan "HALE və MALE" tipli pilotsuz vasitələrin həm zərbə, həm də kəşfiyyat versiyalarına kifayət qədər yüksək tələbat mövcuddur və bu tələbat da getdikcə artır".
Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspertin sözlərinə görə, Türkiyədə istehsal olunan vasitələrin və icad olunan müasir hərbi texnologiyaların Azərbaycan üçün əlçatanlığını nəzərə alsaq, o zaman Türkiyədə mövcud olan bu yeni texnologiyaların bir hissəsinin Azərbaycana transferini də mümkün hesab edirik: "Bu texnologiyaların Azərbaycanda istehsalı həm yeni yerli müəssisələrin yaranmasına, həm Azərbaycanda sənaye mühəndislərinin yetişdirilməsinə, həm də bizim silah bazarındakı mövqeyimizə, nüfuzumuza müsbət təsir edəcəyi şübhəsizdir. Hazırda dünyada pilotsuz vasitələr istehasalı üzrə Çini də geridə qoyaraq 3-cü yerə yüksələn Türkiyənin müdafiə sənayesinin yüksək templərlə irəliləməsi bizi də sevindirir. Türkiyə tərəfindən Azərbaycana birgə istehsal üçün təşəbbüslər irəli sürülməsi, təkliflər verilməsi təbii ki, bizim də yerli sənayemiz üçün stimullaşdırıcı bir faktor kimi dəyərləndirilməli və ən qısa müddətdə bu addımların həyata keçirilməsi üçün real addımlar atılmalıdır".
Ə.Verdiyev hesab edir ki, Azərbaycan yeni inşa olunan Ağdam Sənaye Parkında müasir hərbi texnologiyalar istehsal edən müəssisələrin də yer alması təklifini dəyərləndirə bilər.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var















.jpg)


















.jpg)


