Dünya
Avropa TƏŞVİŞDƏ
Rusiyanın Ukraynaya mümkün müdaxiləsinin Avropaya yeni qaçqın axınına səbəb olacağı gözlənilir. Mütəxəssislər bu cür qaçqın axınına ən çox məruz qalacaq ölkənin Polşa olduğunu bildirir.
Publika.az xəbər verir ki, digər tərəfdən, Polşada səlahiyyətlilərin qaçqın axınına qarşı müxtəlif ssenarilər üzərində işlədiyi qeyd olunur.
Polşanın daxili işlər naziri Mariuş Kaminski vilayət administrasiyalarının və bələdiyyələrin Ukraynada müharibə olacağı təqdirdə qaçqınların qəbulu imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.
Həftə sonu qubernatorlar bələdiyyələrdən 48 saat ərzində mümkün qaçqın axınına qarşı yerləşdirmə obyektlərinin siyahısını və onların imkanlarının səviyyəsini Daxili İşlər Nazirliyinə təqdim etməyi xahiş ediblər.
"Ən pis ssenariyə hazır olmalıyıq"
Polşa daxili işlər nazirinin müavini Masey Vasik də ölkəyə 1 milyona yaxın ukraynalı qaçqının gəlməsi imkanını nəzərdən keçirdiklərini bildirib. "Ən pis ssenariyə hazır olmalıyıq. Ukraynadan gələcək 1 milyona yaxın qaçqın dalğasına hazır olmaq üçün addımlar atırıq. Onların ölkəmizə gəlməsinə yox deməyəcəyik" - Vasik qeyd edib.
Polşanın böyük qaçqın axınını idarə edə bilməyəcəyini düşünənlər də var.
Polşalı mühacirlərin hüquqlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan Polşa İmmiqrasiya Forumunun rəhbəri Agnieska Kosoviç "Polşa Miqrasiya Xidmətinin idarə etdiyi 10 mərkəzin ümumi tutumu 2000 nəfərdir. Hazırda bu imkandan 800-ü istifadə olunur” - deyərək mənzil probleminə diqqət çəkib.
Polşanın Ukraynadakı keçmiş səfiri Yan Piekto deyib: "İş üçün gələn və Polşa cəmiyyətinin fəal hissəsi olan 1 milyondan çox ukraynalı var. Lakin müharibədən və ölümdən qaçan yüz minlərlə insan axını Polşanın öhdəsindən gələ biləcəyi bir şey deyil.
Avropa Siyasət Təhlili Mərkəzi (CEPA) bəyan edib ki, Avropa İttifaqı və Vişeqrad qrupunun rəsmiləri Ukraynaya mümkün müdaxilə halında ilk qəbul və tranzit ölkələrin qaçqın axınına hazır olub-olmamasını qiymətləndirməlidir.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO

































