Dünya
Benzindaşıyan maşın partladı - 17 nəfər öldü
Nigeriyanın cənub-qərbində yerləşən Oqun ştatında benzindaşıyan avtomobil mikroavtobusla toqquşub.
Publika.az xəbər verir ki, bu barədə yerli Premium Times qəzeti federal yol hərəkətinin təhlükəsizliyi xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, toqquşma və ardınca baş verən güclü partlayış nəticəsində azı 17 nəfər həlak olub.
“Ölənlərin ümumi sayı müəyyənləşməyib, lakin cəmi 17 cəsəd tapılıb”, - deyə xidmətin nümayəndəsi bildirib. O əlavə edib ki, cəsədlər yanaraq tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətini müəyyənləşdirmək çətinləşib.
İlkin məlumata əsasən, insidentə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının pozulması səbəb olub. Bu da baş-başa toqquşmaya və partlayışa gətirib çıxarıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
































