Dünya
Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik təklif etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
“Bölgəmizdə daha bir müharibənin şahidi oluruq. Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik təklif etdi, çünki bizim hər iki ölkə ilə güclü əlaqələrimiz var”, - F.Altun Tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Ankara mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə mümkün olan hər şeyi edib: “BMT sistemində islahatlara dair çağırışlarımıza məhəl qoyulmadı və biz son böhranda bunun dəhşətli nəticələrini gördük. Çağırışlarımız eşidilsəydi, bu müharibənin qarşısını almaq olardı. Biz dəfələrlə məsələnin diplomatik yolla həllini tələb etmişik, amma indi müharibədir. Bizim qarşımızda bir reallıq var. Münaqişə dünyanı iki faciə ilə üz-üzə qoyur. Birincisi, bu, münaqişənin insani ölçüsüdür. Türkiyə bununla bağlı lazım olan hər şeyi edəcək. Digər regional münaqişələrdə olduğu kimi, indi də bu sahədə öncül olacağıq. İkincisi, bunlar həqiqətə qarşı amansız hücumlardır. Biz də bunun fərqindəyik. Biz dezinformasiya kampaniyalarına qarşı mübarizə üzərində işləyirik. Bu informasiya müharibəsində biz həqiqətin haradan gəldiyindən asılı olmayaraq onun yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu fərziyyələr və şərhlər var. Müttəfiqlər həmişə münaqişənin tez və sülh yolu ilə həllinə yönəliblər, buna heç kimin şübhəsi olmasın”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)

















.jpg)

.jpg)