Dünya
Rusiyaya BÖYÜK ŞOK: 15 milyon dollarlıq “Pantsir” kompleksi qənimət götürüldü - VİDEO
Video əlavə olunub.
***
Rusiya ordusuna məxsus dəyəri 15 milyon dollar olan “Pantsir-S1” zenit-raket kompleksi və daha bir neçə texnikası qənimət götürülüb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası videokadrlar yayımlayıb.
Bildirilib ki, “Pantsir-S1” zenit-raket kompleksi Ukraynadakı ərazi özünümüdafiə dəstələri tərəfindən Nikolayev vilayətinin Baştanka yaşayış məntəqəsi yaxınlığında qənimət götürülüb.
Ukraynalı döyüşçülərin sözlərinə görə, rus əsgərləri texnikalarını atıb qaçıblar. Bunu kadrlardan da görmək mümkündür. Belə ki, Rusiya ordusunun kalonu tərk edilmiş haldadır və “Pantsir-S1” zenit-raket kompleksi ilə yanaşı rabitə avtomobili və daha bir neçə texnika salamat halda yolda qalıb.
Qeyd edək ki, “Pantsir-S1” kompleksinin dəyəri 15 milyon dollardır. Bundan əvvəl də ukraynalı kəndlilər “Pantsir” texnikasını ələ keçirmişdilər və onun nə işə yaradığını anlamadıqlarından od vurub yandırmışdılar.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)


















.jpg)

.jpg)