Dünya
Türklərin ilki: Dünyanın birinci tibb fakültəsi
Səlcuqlu hökmdarlarından olan İkinci Kılıçarslanın qızı Gövhər Sultanın vəsiyyəti ilə böyük qardaşı Birinci Qıyasəddin Keyxosrov tərəfindən 1206-cı ildə inşa etdirilən tibb elmlərinin öyrədildiyi mədrəsə və xəstəxana tibb təhsili və sağlamlıq xidməti göstərən dünyanın ilk mərkəzidir.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Gövhər Nəsibə Sultan saray baş rəisinə aşıq olur və böyük qardaşı l Qıyasəddin Keyxosrov evlənmələrinə icazə vermir.
Birinci Qıyasəddin Keyxosrov saray baş rəisini müharibəyə göndərir və ölməsinə səbəb olur.
Bu hadisədən sonra xəstələnən Gövhər Nəsibə ölümündən əvvəl qardaşına onun xatirəsini əbədiləşdirmək üçün insanların pulsuz yararlana biləcəyi bir xəstəxana tikdirməsini vəsiyyət edir. Bacısının ölümündən çox kədərlənən l Qıyasəddin Keyxosrov 1204-1206 - ci illərdə xəstəxananı, 1210-1214-cü illərdə isə tibb mədrəsəsini tikdirir.
Xəstəxanada daxili xəstəliklər, cərrahiyyə, göz, ruhi-əsəb xəstəlikləri bölmələri ilə bərabər əczaxana da xidmət göstərir. Dövrünün məşhur türk həkimləri bu mədrəsədə yetişərək fəaliyyət göstərirlər.
Sözügedən xəstəxana və mədrəsə sonralar Ərciyəz Universiteti tərəfindən muzeyə çevrilib və 1982- ci ildə Gövhər Nəsibə Sultan muzeyi olaraq ziyarətçilərin üzünə açılıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi































.jpg)


