Dünya
Polşa Ukraynaya qırıcılar tədarük edəcək
Polşa ABŞ-dan F-16 qırıcıları müqabilində Ukraynaya MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri verə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr vurğulayıb ki, Vladimir Zelenski şənbə günü ABŞ Konqresinin üzvlərinə Ukraynaya hərbi təyyarələrin tədarükünü asanlaşdırmaq xahişi ilə müraciət edib.
“The Wall Street Journal”ın mənbələrinə görə, ABŞ Polşanın Kiyevə müəyyən sayda MiQ-29 və Su-25-lər verməsi, ABŞ-ın isə öz istehsalı olan qırıcıları Varşavaya göndərməsi variantını nəzərdən keçirir. Xəbərdə nə qədər döyüş texnikasının müzakirə oluna biləcəyi göstərilmir.
Qəzet qeyd edir ki, təklif olunan saziş ABŞ və onun NATO-dakı tərəfdaşları arasında müzakirə olunur. “The Wall Street Journal” yazır ki, bu cür avadanlıq mübadiləsi həm Vaşinqton, həm də Varşava rəhbərliyi tərəfindən təsdiqlənməlidir.
Bundan əvvəl Zelenski NATO-dan Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi xahiş etmişdi.
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO





























.jpg)

.jpg)