Rusiya mağazalarında ƏRZAQ ŞOKU: elə tələblər qoyuldu ki... - VİDEO
Bizi izləyin

Dünya

Rusiya mağazalarında ƏRZAQ ŞOKU: elə tələblər qoyuldu ki... - VİDEO

Video əlavə olunub.

xxx

Rusiyadakı pərakəndə satıcılar qara bazarspekulyasiyasını məhdudlaşdırmaq və əlverişli qiyməti təmin etmək üçün vacib ərzaq məhsullarının satışını məhdudlaşdıracaqlar.

Publika.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, Moskva iri ərzaq şəbəkələrinə məxsus olan bəzi mağazalarda malların bir sıra çeşidinə məhdudiyyətlər qoyulub.

BBC-yə göndərdilmiş fotolara əsasən, “Lenta” supermarketlər şəbəkəsində adambaşına maksimum 2 ədəd təmizləyici vasitə, 10 ədəd tezbişən hazır əriştə paketi (Doşirak) və ət konservi satışına icazə verilir. “Magnit” supermarketlər şəbəkəsində məhdudiyyət şəkər, qarabaşaq yarması və toyuğa qoyulub - bir adama 5 ədəddən çox satıla bilməz.

Bu şəbəkənin mağazalarında bu cür məhdudiyyətlər “alverçilərin fəallaşmasının” və gündəlik tələbat səciyyəli qida və məişət məhsullarının rəflərdən yoxa çıxmasının qarşısının alınması ilə izah olunur.

Moskvada bir sıra mağazalarda bəzi rəflər bomboşdur, mağazalar bildirirlər ki, müştərilər hər şeyi alıb aparır, işçilər isə malların zala gətirilib rəflərə düzülməsini vaxtında çatdıra bilmirlər.

Rusiyanın Sənaye və Ticarət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi pərakəndə satıcıların müəyyən malların satışının 1 nəfərə məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib. Səlahiyyətlilər bunu sosial əhəmiyyətli məhsullar üzrə minimum marjanın müəyyən edilməsi ilə əlaqədar yenidən satış üçün böyük həcmdə malların alınması hallarının olması ilə izah ediblər.

Sənaye və Ticarət Nazirliyindən bildirilib ki, bir sıra regionlarda bu cür malların şəxsi istehlak üçün tələb olunandan (bir neçə tona qədər) bir dəfəyə daha çox həcmdə alınması halları artıq qeydə alınıb. “Kommersant”a daxil olan məlumatda qeyd edilib ki, bu qərar “ərzaq ticarəti ilə məşğul olan pərakəndə satış müəssisələri və səlahiyyətli orqanlar tərəfindən hazırlanmış qərarların məntiqini pozmamaq və vətəndaşların münasib qiymətə məhsul almaq imkanını təmin etmək” məqsədilə qəbul edilib.

Bir şəxsə satışının məhdudlaşdırılacağı xüsusi mallar Pərakəndə Şirkətlər Assosiasiyası və Rusiya Müstəqil Şəbəkələr Birliyi çərçivəsində pərakəndə satıcılar tərəfindən müəyyən ediləcək.

Həmçinin, əvvəllər bəzi mağazalar şəbəkəsinə sosial əhəmiyyətli malların satışını 1 nəfərə məhdudlaşdırmaq tövsiyə edilib.

Martın əvvəlində pərakəndə satış şəbəkələri bir sıra sosial əhəmiyyətli ərzaq məhsulları üçün qiymət artımını 5 faizə qədər məhdudlaşdırmaq üçün tənzimləyicilərin tövsiyələrini qəbul edib. Siyahıya tərəvəz, süd məhsulları, şəkər və çörək məhsulları daxildir və şəbəkənin konkret mövqeləri müstəqil olaraq seçiləcək. Ekspertlər hesab edirlər ki, inflyasiyanın artması fonunda bu cür məhdudiyyətlər digər kateqoriyalara da şamil edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm