Ukraynalı qadınlar üçün BÖYÜK TƏHLÜKƏ: ölkədən gedənləri... - FOTO
Bizi izləyin

Dünya

Ukraynalı qadınlar üçün BÖYÜK TƏHLÜKƏ: ölkədən gedənləri... - FOTO

Cinayətkar dəstələr fahişəliklə məşğul olmaq və köləlik üçün müharibədən qaçan ukraynalı qadınları hədəf alıb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri araşdırma yazısı hazırlayıb.

Avropa İttifaqı rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı 7 milyona yaxın insanın Polşa, Moldova, Rumıniya, Slovakiya və Macarıstan kimi qonşu ölkələrə keçə biləcəyindən ehtiyat edir. Bildirilir ki, bu da “insan alverində narahatedici artım” yaradacaq.

Ehtimal olunur ki, qaçaqınların bəziləri seks işçisi, cinayət fəaliyyəti, məişət köləliyi və ya məcburi əməyə cəlb ediləcək.

Artıq qadınların və gənc ailələrin sərhəddən qonşu ölkələrə “pulsuz” daşınma təklifini qəbul etmələri barədə məlumatlar var. Bu da onların cinayətkar dəstələrin əlinə keçməsi ehtimalını artırır.

“Mən Polşaya keçən bir dostumdan eşitdim ki, o, bir oğlanla gedib və onu pulsuz olaraq Varşavaya aparacağını söyləyib, lakin ora çatanda ondan pul istəyib. Dostumla aqressiv danışıb, ona borclu olduğunu və onun üçün işləyərək ödəməli olduğunu deyərək şiddət göstərib. Ancaq o, qışqırmağa başlayıb və insanların diqqətini çəkib. Həmin şəxs isə qaçıb. Bunu insanların diqqətli olması üçün hər kəsə deyirik” - 27 yaşlı ukraynalı qadın bildirib.src="/storage/files/upload/d34a54cf5ebeee68bf71a51c87d53a0d79725853.jpg" style="width: 829px; height: 552.667px;" class="fr-fic fr-dib fr-fil">CARE xeyriyyə təşkilatının insan alveri siyasəti üzrə eksperti Loren Aqnyu qeyd edib ki, Ukraynadakı müharibə insan alveri baxımından vəziyyəti daha da pisləşdirəcək:

“Bu, bütün Avropada həssas domino effektinə malik olacaq və qaçqınların istismar riski getdikcə daha yüksəkdir. Əminik ki, zaman keçdikcə qaçqınların insan alverçiləri tərəfindən istismarına məruz qalması və potensial olaraq seks işçisi kimi, cinayətkar qruplara və ya məcburi əmək və məişət köləliyinə cəlb olunmasının səbəb olduğu saylarda artım görəcəyik. Ukraynadan 7 milyona qədər insanın kütləvi şəkildə qaçqın vəziyyətinə düşməsi bəzilərinin insan alverinə məruz qalması deməkdir. Qaçqınların üz tutduqları ölkələr cinayətkar dəstələr üçün qaynar nöqtələrdir və onlar bu insanları istismar olunmaq üçün zəngin mənbə kimi görəcəklər. Bu dəstələr qaçqınların ağır vəziyyətindən istifadə edirlər və müharibə onlar üçün gəlir əldə etmək və insanları Avropaya, nəhayət Böyük Britaniyaya cəlb etmək üçün bir fürsətidir”.

Aqnyu bildirib ki, dəstələrin qadınları istismar etməsi üsullarından biri onlara başqa yerlərə “pulsuz nəqliyyat” təklif etməkdir: “İnsan alverçiləri Polşada və Ukrayna ilə qonşu olan ölkələrdə vəziyyətdən istifadə etmək üçün fürsət gözləyəcəklər. Biz gördük ki, bura gələnlərin əksəriyyəti qadınlar və uşaqlardır, kişilərin ölkədən çıxışı məhdudlaşdırılıb, deməli, bu qrup daha həssasdır. Onlar çarəsizdirlər və belə bir vəziyyətdə bəziləri bəlkə də düşünmədən aldıqları ilk yardım təklifini qəbul etməyə hazırdırlar”.src="/storage/files/upload/24baf8857f2a83741e8afee1870305303dab8d3b.jpg" style="width: 962px; height: 663.412px;" class="fr-fic fr-dib fr-fil">“Daily Mail” əməkdaşları Polşa ilə sərhəddə əllərində lövhələr tutan kişilərdən ibarət qrupları görüblər. Onlar ukraynalı qaçqınlara Polşa şəhərlərinə, həmçinin Belçika və Almaniyaya pulsuz nəqliyyat təklif ediblər.

Bunların çoxu həqiqətən dəstək xarakterli olsa da, onlardan bəzilərinin vəziyyətdən istifadə edərək qadınları alverçilərin əlinə keçirmək üçün dəstələr olduğuna dair şübhələr var.

“Biz Polşada qaçqınları götürüb başqa yerə aparmağı təklif edən insanlar barədə məlumat almışıq. Şübhə yoxdur ki, insanlar vəziyyətdən istifadə edirlər, ona görə də biz qadınları və uşaqları apara biləcək insanların etibarlı siyahısını tərtib edirik. Çünki biz insan alveri və istismarı vəziyyətinin qarşısını almaq istəyirik” - Polşanın Przemysl şəhərinin sərhədində yerləşən 1 nömrəli orta məktəbdə qurulan qəbul mərkəzinin əməkdaşı Rafal Vlodek bildirib.

Loren Aqnyu qeyd edib ki, o, insan alveri qurbanlarının qanunla müdafiəsi, Ukraynadakı vəziyyəti nəzərə alaraq, cinayətin aşkar edilməsi və qarşısının alınması üçün “səyləri gücləndirmək” məqsədilə deputatlara lobbiçilik edəcək.src="/storage/files/upload/68a539834bc21f3ba5b7ee2137afbc22c1aa577d.jpg" style="width: 1005px; height: 675.871px;" class="fr-fic fr-dib fr-fil">“Gələcək aylarda bu vəziyyətə görə insan alverinə məruz qalanların sayının artacağını müşahidə edəcəyik. Statistik olaraq cinsi istismara məruz qalan ən çox qurbanlar qadınlardır. Dəstələr bu müharibəni öz pis biznesləri üçün son dərəcə sərfəli bir fürsət kimi görəcəklər və təəssüf ki, qurbanlar qadınlar və uşaqlar olacaq” - Aqnyu əlavə edib.

Varşavada yerləşən İnsan Alveri Qurbanları üçün Milli Məsləhət və Müdaxilə Təşkilatının sözçüsü Janna Qarnier “Daily Mail”ə bildirib ki, Ukraynadan Polşaya sərhədi keçən qadınlara təhlükələr barədə xəbərdarlıq edən flayerlər verilir.

“Məlumatımız var ki, bəzi iyrənc adamlar, insan alverçiləri və ucuz işçi qüvvəsi axtaran şəxslər sərhəd keçid məntəqələrində fəaliyyətdədirlər. Biz bəzi cinsi zorakılıqlar və digər təhlükəli davranışlar haqqında məlumatlıyıq və gələcəkdə bunun artacağını gözləyirik. İnsanların böhrandan qazanc əldə etmək istədiyini bilirik, buna görə də qadınlara yad birinin maşınına minməməyi və qrup halında səyahət etməyi tövsiyə edirik. Əgər nəsə və ya kimsə şübhəli görünürsə, sərhədçilərdən və ya polis əməkdaşlarından birinə məlumat verin. Həmkarlar vəziyyəti izləmək üçün Varşavada milli polislə əlaqə saxlayırlar, çünki Polşa xalqı kömək etmək istəyir, lakin başqaları bundan istifadə edir” - Qarnier qeyd edib.src="/storage/files/upload/1f67b71cabd1048ee3bce5844f0e03e89c84c7d1.jpg" style="width: 1070px; height: 738.3px;" class="fr-fic fr-dib fr-fil">Polşa daxili işlər nazirinin müavini Pavel Bossernaker isə son 24 saatda Ukraynadan Polşaya 106 min nəfərin gəldiyini və bunun son 10 gündə ən yüksək rəqəm olduğunu bildirib. Bossernaker müharibə səbəbindən Ukraynadan Polşaya ümumilikdə 800 min insanın keçdiyini deyib:

“Biz Polşa-Ukrayna sərhədində 30 qəbul məntəqəsi yaratmışıq. Yerli hökumətlər tərəfindən yaradılan kiçik qəbul məntəqələri də var”.

Polşa rəsmiləri həmçinin bildiriblər ki, ölkədə 27 məntəqədə ukraynalıların yardım haqqında məlumat ala biləcəkləri mərkəzlər yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm