Dünya
Aİ Rusiyaya və Belarusa qarşı sanksiyaları gücləndirir
Avropa İttifaqı Ukraynaya hücuma görə Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirir.
Publika.az xəbər verir ki, məhdudiyyətlər daha 160 oliqarxa və Federasiya Şurasının üzvlərinə şamil ediləcək.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Tvitter hesabında məlumat verib.
“Biz Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq sanksiyalar şəbəkəsini daha da gücləndiririk” - Leyen qeyd edib.
Onun sözlərinə görə, məhdudiyyətlər aşağıdakılara təsir edəcək:
- Oliqarxlar və Rusiya Federasiyası Şurasının üzvləri də daxil olmaqla 160 nəfər;
- Belarusun bank sektoru;
- Rusiya Federasiyasına dəniz naviqasiya avadanlığının ixracı;
- kripto aktivləri.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə Rusiyaya qarşı daha sərt sanksiyaları müzakirə edib.
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi













.jpg)









.jpg)











