Dünya
Ərbilə raket İrandan atılıb - KİV
Bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb .
Bu məlumatı İraq və Amerika rəsmiləri də təsdiqləyib. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər.
İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyana səbəb olmayıb. Həmçinin ölən olmayıb.
“Kürdistan-24” telekanalı daha əvvəl hüquq-mühafizə orqanlarına istinadən məlumat vermişdi ki, ümumilikdə 12 ballistik raket buraxılıb. Telekanalın ofisinin yerləşdiyi binaya ziyan dəyib, ölən və xəsarət alan olmayıb.
Eyni zamanda "Rudaw" telekanalı 14 raketin atıldığını bildirib. Kürd təhlükəsizlik qüvvələri araşdırma aparır.
Öz növbəsində, "Reuters" agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadla bildirib ki, raket zərbələri ABŞ hərbçiləri arasında itkilərə səbəb olmayıb.
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq



































.jpg)


