Dünya
Məşhur rus aparıcı “Müharibəyə yox!” deyən redaktordan danışdı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın əməkdaşı, “Vremya” proqramının redaktoru Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.
Publika.az">Publika.az xəbər verir ki, hadisədən sonra proqramın aparıcısı Yekaterina Andreyeva İnstaqramda baş verənləri şərh edib.
O, kadrda kənar şəxsin olmasına niyə cavab vermədiyini açıqlayıb: “Nə olmasından asılı olmayaraq, qaya kimi dayan. Mən belə dözümlülüyü haradan alıram? Bu gün ona ehtiyacım var idi - Yoqadan” - aparıcı qeyd edib.
Hadisədən sonra Marina Ovsyannikova polis tərəfindən aparılıb. Jurnalistin yeri hələlik məlum deyil. TASS-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi Ovsyannikovaya qarşı istintaqdan əvvəlki yoxlamaya başlayıb. Mətbuatın yazdığına görə, o, 15 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)
















.jpg)

.jpg)