Dünya
Ukraynada bu cür dövlət modeli yaratmaq istəyirik - Moskva
Kiyev danışıqlarda Ukraynada öz ordusu ilə silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
Publika.az">Publika.az xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası - Ukrayna ordusunun miqyası ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını təklif edir, lakin eyni zamanda öz ordusu və dəniz qüvvələrinə malik olan dövlət təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, - Medinski bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Ukrayna indi də neytral statusa malikdir: “Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.
“Əlbəttə, bizim üçün əsas məsələ Krımın və Donbasın statusu, o cümlədən denazifikasiya, rusdilli əhalinin hüquqları və rus dilinin statusu, eləcə də bir sıra humanitar məsələlərdir” - Medinski əlavə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
