Dünya
Zelenski Bundestaqdan DÜNYAYA SƏSLƏNDİ: Bu divarı yıxın!
Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün liderlik nümayiş etdirməyə çağırıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Almaniya Bundestaqı qarşısında çıxışı zamanı deyib.
Zelenski alman və rus biznesi arasında sıx əlaqələri, Ukraynanın uzun müddətdir ki, “Şimal axını-2”nin inşasının müharibəyə hazırlıq olduğunu xəbərdar etdiyini xatırladıb. Lakin cavab olaraq o, ancaq bunları eşitdiyini deyib: “Bu, iqtisadiyyat, iqtisadiyyat, ancaq iqtisadiyyatdır”.
Zelenski həmçinin xatırladıb ki, alman siyasətçiləri daim Ukraynanın NATO-ya üzvlüyünün “masada və yaxın gələcəkdə olmadığını” deyiblər. Hazırda onun sözlərinə görə, Aİ-yə üzvlük məsələsi ilə bağlı vəziyyət təkrarlanır.
Ukrayna dövlət başçısı qeyd edib ki, çoxları üçün bu, siyasətdir, lakin bu, yeni divarın daşlarıdır: “Bu, məhz anlamaq, vaxtında reaksiya vermək, Avropada güclü şəkildə yeni ayırıcı divarlar tikən Ukraynaya kömək etmək istəməməsidir. Ukrayna Avropaya bu divardan baxmaq istəmir”.
Eyni zamanda, o, qaçqınlara kömək edən almanlara, müharibə haqqında həqiqəti söyləyən jurnalistlərə, “mənəvini mənfəətdən üstün tutan” alman şirkətlərinə təşəkkür edib.
Zelenski əlavə edib ki, rus qoşunları hərbi və mülki obyektlər arasında fərq qoymur, onlar üçün hər şey eynidir.
“Divardan baxsanız, hər şeyi görəcəksiniz”, - deyə Zelenski Budestanqdan səslənib.
Zelenski çıxışını ABŞ Prezidenti Ronald Reyqanın SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı məşhur sözləri ilə yekunlaşdırıb: “Mən sizə müraciət edirəm və nəyin lazım olduğunu xatırladıram. Keçmiş ABŞ Prezidenti və aktyoru Ronald Reyqan bir dəfə Berlində demişdi: “Bu divarı yıxın!” Mən indi sizə demək istəyirəm: Kansler Şolz, bu divarı yıxın! Almaniyaya layiq olduğunuz liderliyi verin və nəsliniz yalnız bununla fəxr edəcək. Bizi dəstəkləyin! Sülhü dəstəkləyin! Hər bir ukraynalıya dəstək olun! Müharibəni dayandırın! Bizə bu məsələdə kömək edin!”
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





