Dünya
Ərdoğan: Putin və Zelenski arasında görüş təşkil etməyə hazırıq - VİDEO
Türkiyə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşünün danışıqlar prosesinə fayda verəcəyinə inanır və iki ölkə prezidentləri - Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır.
Publika.az">Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.
“Türkiyəyə və İstanbulumuza xoş gəlmisiniz. Sizi belə kritik bir zamanda qonaq etməkdən məmnunuq. Siz ölkələriniz naminə böyük səylər göstərmisiniz. Ukraynadakı münaqişə sizin dost və qonşunuz olaraq bizi çox üzür. Biz böhranın başlanğıcında bütün səviyyələrdə səmimi səylər göstərmiş və dostluq, mehriban qonşuluq və qanunların tələblərinə əməl etməyə çalışmışıq. Biz mövcud platformalarda hər iki tərəfin hüquqlarını qoruyan və hörmət edən ədalətli yanaşma nümayiş etdirmişik”, - Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, İstanbuldakı görüşdə irəliləyiş əldə olunarsa, Rusiya ilə Ukrayna arasında danışıqlar mərhələsi növbəti mərhələyə keçə bilər: “Danışıqlarda əldə edəcəyiniz irəliləyiş həm də növbəti mərhələyə - liderlər səviyyəsində təmaslara keçməyə imkan verəcək. Biz də belə bir görüşü keçirməyə hazırıq”.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında danışıqlar prosesinə töhfə verməyə hazır olduğunu açıqlayıb.
“Bölgədə çox əziyyətlərə şahidlik edən bir ölkə olaraq, Qara dənizin şimalında oxşar vəziyyətin yaranmaması üçün çalışdıq və mübarizə apardıq. Türkiyə olaraq regionda və onun hüdudlarından kənarda sülh və sabitlik üçün məsuliyyəti öz üzərimizə götürməkdən heç vaxt çəkinmədik. Biz ədalətli sülhdə uduzanların olmayacağına inanırıq. Münaqişənin uzadılması heç kimin xeyrinə deyil. Tərəflər bu faciəni dayandırmalıdır. Atəşkəs və sülhün ən qısa zamanda əldə olunması hər kəsin xeyrinə olacaq. Düşünürük ki, indi konkret nəticələrin əldə olunması lazım olan bir dövrə daxil olmuşuq. Dünya sizdən şad xəbərlər gözləyir. Biz sizin işinizi asanlaşdıracaq hər cür töhfəyə hazırıq
“Sizin xahişiniz və ehtiyacınız olduğu müddətcə, biz asanlaşdırıcı imkanlar təqdim etməyə davam edəcəyik. Təbii ki, danışıqlarda çətin və mürəkkəb məsələləri müzakirə etdiyinizdən xəbərdarıq. Bununla belə, əminik ki, masadakı təkliflər və əldə olunacaq razılaşma gələcəkdə əldə olunacaq yekun sülhün əsasını təşkil edəcək. Məsuliyyət hissi, fədakarlıq və konstruktiv anlayışla əminəm ki, siz daimi, ədalətli və davamlı həllə nail ola biləcəksiniz”, - Türkiyə lideri vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər Putinlə Zelenski arasında görüşün keçirilə biləcəyini istisna etməyib, lakin nəticə əldə etmək üçün bunun hazırlanmalı olduğunu qeyd edib.
Martın 10-da Türkiyə Antalyada keçirilən Diiplomatik Forum çərçivəsində Rusiya və Ukraynanın Xarici İşlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşünü təşkil edib.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi