Dünya
Bu şəxs bir an belə Putinin yanından ayrılmır
Rusiyada yerləşən “Proyekt” tədqiqat platformasının dərc etdiyi sənədlər Rusiya mediasında geniş işıqlandırılıb. Nəşr edilən sənədlərə görə, Rusiya Prezidenti Putinin ziyarətinə ən azı 5 müxtəlif həkim gəlir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov Rusiya liderinin yanından heç vaxt ayrılmır. Rusiya mətbuatında yayılan xəbərlərdə Moskva Mərkəzi Klinik Xəstəxanasının tanınmış cərrahlarından olan Selivanovun “Qalxanabənzər vəzi xərçəngi olan yaşlı xəstələrin diaqnostikası və cərrahi müalicəsinin xüsusiyyətləri” mövzusunda tezis hazırladığı və Putinlə birlikdə azı 35 dəfə Soçiyə uçduğu bildirilib.
Yayımlanan sənədlərdə 70 yaşı tamam olacaq Rusiya liderinin steroid müalicəsi aldığı, buna görə də qəfil qəzəb püskürməsi, üz və boyun ətrafında şişlər olduğu iddia edilib.
Kremlin sözçüsü Dmitri Peskov iddiaları rədd edərək, "Proyekt"in xəbərlərinin reallığı əks etdirmədiyini bildirib. Peskov açıqlamasında Putinin xərçəng olmadığını vurğulayıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





