Dünya
Pakistanın baş naziri olmuş azərbaycanlı: Müzəffər Əli Xan kimdir?
O, Pakistanın üçüncü baş naziri olub. Eyni zamanda, Pakistanın ilk türk əsilli baş naziri sayılır.
Publika.az Pakistanın üçüncü baş naziri Müzəffər Əli Xan Qızılbaşla bağlı araşdırmanı təqdim edir.
Müzəffər Əli Xan Qızılbaş Pəncab əyalətinin köklü ailələrindən olan qızılbaş türkmənlərindəndir. Yəni, Azərbaycanın məşhur türkmən boylarındandır. Atası Fatih Əli Xan Qızılbaş Britaniya Hindistanının böyük mülkədarlarından biri sayılırdı.
Əli Xan Qızılbaş 1908-ci ildə Pakistanın Pəncab əyalətinin Lahor şəhərində anadan olub. Özünün qeydlərinə görə, nəsli-nəcabəti Nadir şah Əfşarın Əfqanıstan və Pakistanda məskunlaşdırdığı qızılbaş türkmən tayfalarındandır.
İngilis tarixçisi L.H.Qrif “Pəncab liderləri və Pəncabda nüfuzlu ailələrin tarixi” adlı əsərində bu ailənin Əfqanıstana Azərbaycanın Şirvan və Qarabağ bölgələrindən Nadir şah tərəfindən gətirildiyini qeyd edir.
1738-ci ildə Hindistan səfəri zamanı Nadir şah Əfqanıstandan keçərkən sərhəd rayonlarının təhlükəsizliyini təmin etmək üçün Azərbaycandan özü ilə gətirdiyi 12 min türkmən ailəsini bölgəyə yerləşdirmişdi.
1839-cu ildə türkmənlərin bölgəyə yerləşdirilməsindən 100 il sonra Əfqanıstan cəbhəsində Rusiya ilə İngiltərə arasında hərbi toqquşmalar baş verir. 1842-ci ildə Kabil üsyanı nəticəsində İngiltərə Əfqanıstandan çəkilməyə məcbur olur. Beləliklə, ingilislərlə bərabər qızılbaş başçılarının bir qismi də ingilislərin nəzarətində olan Pakistanın Lahor şəhərinə gedirlər. Bu bəylərdən biri də Müzəffər Əli Xan Qızılbaşın atası Fatih Əli Xan idi.
Müzəffər Əli Xan 1908-ci ildə Pəncab əyalətində, indiki Lahor bölgəsində dünyaya gəlib.
Onun oğlu Müzəffər Əli Xan hələ gənc yaşlarından Pakistanda mühüm vəzifələr tutmağa başlayır. Siyasi fəaliyyətə Vəhdət Partiyasında başlayır. Sonra Müsəlman Liqası və Respublika Partiyasına üzv olur.
O, 18 oktyabr 1957-ci ildən 16 dekabr 1957-ci ilə qədər İbrahim İsmayıl Çendrigarın baş naziri olduğu müddətdə Pakistanın sənaye naziri vəzifəsində çalışır. 16 dekabr 1957-ci ildən 18 mart 1958-ci ilə qədər baş nazir Feroz Xanın kabinetində sənaye, ticarət və parlament işləri üzrə nazir vəzifəsində fəaliyyət göstərir.
Əli Xan Qızılbaş 1958-ci ilin 18 martında Pakistanın baş naziri seçilir. Cəmi 7 ay bu postda qalır. Sədrliyi dövründə çox mühüm işlər görən Əli Xan baş nazirlik vəzifəsindən sonra da yüksək vəzifələrdə işləməyə davam edir. 1969-cu ildə o, Pakistanın maliyyə naziri təyin olunur, 1971-ci ilə qədər bu vəzifəni yerinə yetirir.
Təəssüf ki, Müzəffər Əli Xanın nə vaxt vəfat etdiyi və harada dəfn edildiyi barədə dəqiq məlumat yoxdur. Bununla belə, onun mənsub olduğu Qızılbaş türkmən ailəsinin hələ də Pakistanda önəmli şəcərələrdən biri olduğu bütün dünyaya məlumdur. Onun qardaşı qızı Şahtac Qızılbaş Pakistanın ilk qadın hüquqları müdafiəçilərindəndir. Ş.Qızılbaş 2008-ci ildə dünyasını dəyişib.
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ