Dünya
Türkiyə terrorçulara qarşı yeni əməliyyat başlatdı
Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 650 personalın iştirakı ilə Diyarbəkirdə "Blokada-1" Baş Çavuş Kadir Aydın əməliyyatına start verilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb.
"Əməliyyat PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və terrorçuları zərərsizləşdirmək məqsədilə başladılıb. Əməliyyatlarda Diyarbəkir Rayon Jandarma Komandirliyi ilə yanaşı, Jandarma Xüsusi Əməliyyatlar (JÖH), Polis Xüsusi Əməliyyatlar (PÖH) və Jandarma Komando qruplarından ibarət 650 şəxsi heyət, 42 əməliyyat qrupu iştirak edir. Ölkədə terrorun kökünü tamamilə kəsmək üçün həyata keçirilən Blokada Əməliyyatları xalqımızın dəstəyi ilə qətiyyətlə davam edir" - məlumatda deyilir.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, " "Sülh çeşməsi" bölgəsində təxribata cəhd edən, əraziyə sızmağa cəhd edən 13 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib".
-
İdman23:05"Sabah" "Barselona"ya qarşı: dördüncü qol - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































