Dünya
Putin Buça qətliamını törədənlərlə bağlı QƏRAR VERDİ
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Quru Qoşunlarının 64-cü Əlahiddə Motoatıcı Briqadasına “Mühafizəçilər” fəxri adı verib.
Publika.az xəbər verir ki, bu barədə sərəncam Kremlin saytında dərc olunub.
Ukrayna hakimiyyəti bildirib ki, təltif olunan bu briqadanın hərbçiləri Buça qətliamında iştirak ediblər.
Sənədin mətnində qeyd olunur ki, fəxri ad “silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan döyüş əməliyyatlarında briqadanın şəxsi heyətinin göstərdiyi kütləvi qəhrəmanlıq, şücaətə və mətanətə görə” verilib.
Həmçinin, “Buça qəssabı” adlandırdıqları şəxsin şəkillərini dərc edən “Anonymous” haker platforması Putinin təltif etdiyi 51460 saylı hərbi hissə, 64-cü ayrı-ayrı motoatıcı briqadanın (Xabarovsk ərazisi - red.) komandiri, polkovnik-leytenant Azatbek Omurbekov Asanbekoviçin Buça qətliamına görə məsuliyyət daşıdığını bildiriblər.
Ukrayna kəşfiyyatının məlumatına görə, aprelin 5-də Rusiyanın 35-ci birləşmiş ordusunun 64-cü motoatıcı briqadasının hərbçiləri Belarusun Mozır şəhərində olublar. Bundan əlavə, hərbçilər dəmir yolu ilə Belqoroda aparılmalı və iki günlük istirahətdən sonra, ehtimal ki, Xarkov istiqamətində döyüşlərdə iştirak etmək üçün Ukrayna ərazisinə qaytarılmalı idilər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)






















.jpg)

.jpg)