Dünya
"The Hill" söhbətin DETALLARINI AÇDI: "Bayden Obamaya deyib ki..."
ABŞ Prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Barak Obamaya 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə iştirak etməyi planlaşdırdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə söhbətin məzmunu ilə tanış olan iki mənbəyə istinadla "The Hill" nəşri məlumat yayıb.
"Obamanın etirafı Baydenin ikinci müddətə namizədliyini irəli sürə biləcəyinin son göstəricisidir", - məlumatda deyilir.
Nəşr xatırladır ki, indiki Amerika lideri belə bir niyyəti əvvəllər də ifadə edib. Xüsusilə, bu ilin martında Brüsseldə mətbuat konfransı zamanı Bayden növbəti seçkilərdə Donald Trampın yenidən onunla mübarizə aparacağı təqdirdə “çox şanslı” olacağını bildirib.
Amerika nəşrinin həmsöhbətlərindən biri deyib: "Bayden namizəd olmaq istəyir və o, hamıya çox aydın şəkildə bunu deyir".
Rəsmi şəxs onu da qeyd etdi ki, Baydenin reytinqi indi zəif olsa da, o, Demokratlar Partiyasından Trampa qalib gəlmək üçün ən çox ehtimal olunan namizəd olaraq qalır.
Co Baydenin 78 yaşında vəzifəyə başlayan ABŞ tarixinin ən yaşlı prezidenti olduğu bildirilir. 2024-cü ildə onun 82 yaşı tamam olacaq.
Keçən həftə CNBC-nin son sorğusuna görə, indi amerikalıların yalnız 38 faizi indiki Ağ Ev rəhbərinin ofisini bəyənir.
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab


















.jpg)














