Dünya
SON DƏQİQƏ: Rusiya bu istiqamətdə "İsgəndər" yerləşdirdi
Rusiya Belqorodda Xarkov istiqamətində əlavə qüvvələr toplayır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, "İsgəndər-M" operativ taktiki raket komplekslərinin buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib.
"Bundan başqa, düşmən Xarkov şəhərinin qismən blokadasını davam etdirir, qoşunlarımızın bölmələrini və mühüm infrastruktur obyektlərini atəşə tutur. Luqansk vilayətində də vəziyyət gərgindir, orada ən çətin vəziyyət Qorski, Zolote və Lisiçanskdadır. Eyni zamanda Rusiya qoşunları gecə saatlarında Xarkovu, Slobodski və Kiyevski atəşə tutub. Gün ərzində Xarkov vilayətinin Çuqev və Derqaçev rayonlarında rusların atəşi davam edib", - məlumatda qeyd olunub.
Təmas xəttində aktiv döyüş əməliyyatları davam edir. Avdiyivkada rus ordusu hava zərbələri endirir, kaset mərmiləri ilə atəşə tutur. Marinka və Novomixaylovkada döyüşlər gedir.
Xerson vilayətində də vəziyyət gərgindir. Ruslar Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutur və qonşu rayonlara doğru atəş açır. Region humanitar fəlakətin astanasındadır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)


















.jpg)

.jpg)