Dünya
Ukraynadan Mariupolla bağlı Rusiyaya TƏKLİF
Ukrayna Prezident Aparatı Rusiya tərəfini Mariupolun müdafiəçilərini xilas etmək üçün danışıqların xüsusi raundunu keçirməyə dəvət edib. Kiyev həmçinin şəhərdə Pasxa atəşkəsi elan etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
O qeyd edib ki, ukraynalıların Pasxa bayramını qeyd etmələrinə baxmayaraq, rus qoşunları həm ukraynalı hərbçilərin, həm də Mariupol sakinlərinin yerləşdiyi Azovstala hücum edir.
"Pasxa 2022. Amma hazırda Rusiya dayanmadan Mariupolun "Azovstal"ına hücum edir. Mülki vətəndaşların və əsgərlərimizin olduğu yer hava bombaları, artilleriya mərmiləri və hücum üçün intensiv şəkildə cəmləşən qüvvə və texnika ilə bombalanır".
Bununla əlaqədar Podolyak Rusiya tərəfini danışıqların xüsusi raundunu keçirməyə dəvət edib.
"Rusiya Federasiyasına öz reputasiyasının qalıqları barədə düşünməyi təklif edirəm. Bunun üçün yalnız üç "Mariupol addımı" lazımdır: Mariupol üzərində həqiqi Pasxa atəşkəsi elan etmək, dərhal mülki şəxslər üçün dəhliz vermək və "danışıqların xüsusi raunduna" razılaşmaq" - Podolyak əlavə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
