Dünya
Saakaşvili ölüm ayağında: Vəziyyəti o qədər ağırdır ki...
“Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o qədər ağırdır ki, əlilliyə və ya ölümə yaxındır. Onun xaricdə müalicəyə ehtiyacı var”.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze məlumat yayıb.
“Vaxt azdır, vəziyyəti o qədər ağırdır ki, onun təcili hansısa xarici klinikada müalicəyə ehtiyacı var... Dedik ki, proses getdikcə xəstəni hələlik əlilliyə, daha sonra ola bilsin ki, ölümə aparacaq. İndi biz o nöqtədəyik. Hazırda yaşadığı nevroloji proseslərə əsasən onun vəziyyətini geri qaytarmağın mümkün olub-olmadığını bilmirəm... Doğrudanmı ölən prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?” - deyə Otar Toidze jurnalistlərə bildirib.
Bundan əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müxalifətin Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı yaydığı məlumatı təkzib etmişdi. Xidmətin məlumatına görə, “siyasətçi gecə-gündüz intensiv həkim nəzarətindədir və bütün tibbi xidmətlərlə təmin edilir”.
Ötən həftə Saakaşvili onun işi üzrə məhkəmə iclasında özünü zəif hiss etdiyini, yemək yeyə bilmədiyini və son bir neçə gündə 12 kiloqram arıqladığını bildirib. Məhkəmə iclasının başlamasından 5 dəqiqə sonra Saakaşvili çıxışını yarımçıq kəsərək həkimdən kömək istəyib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





