Dünya
Putin və Zelenski G20 sammitinə dəvət olundu
Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin “Böyük iyirmiliyin” İndoneziyada keçiriləcək sammitinə dəvət alıblar.
Publika.az Azərtac-a istinadla xəbər verir ki, Volodimir Zelenski G20 sammitinə dəvətə görə İndoneziya Prezidenti Coko Vidodoya minnətdarlığını ifadə edib.
“İndoneziya Prezidenti Coko Vidodo ilə danışdım. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, əsasən də BMT-də aydın mövqeyinə görə ona təşəkkürümü çatdırdım. Biz, həmçinin ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. G20 sammitinə dəvətinə görə minnətdaram”, - deyə Volodimir Zelenski bildirib.
Ukrinform agentliyinin məlumatına görə, bundan öncə ABŞ və bəzi ölkələr noyabrda keçiriləcək G20 sammitinə ev sahibliyi edəcək İndoneziyadan bəzi tədbirlərə Ukraynanı da çağırmağı xahiş ediblər.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

