Dünya
Anti-Rusiya sanksiyalarının 6-cı paketinin DETALLARI - Aİ elə şərtlər qoydu ki...
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının altıncı paketi Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmağı nəzərdə tutur.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bildirib.
“Biz Rusiya neftini mərhələli şəkildə dayandıracağıq. Bu, Rusiya Federasiyasından dəniz və boru kəmərləri ilə çatdırılan neftin, xam və təmizlənmiş neftin idxalına tam qadağa olacaq”, - Leyen Tvitter səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Avropa Komissiyası altıncı sanksiyalar paketi çərçivəsində Rusiya Federasiyasının 3 əsas dövlət televiziya kanalının Avropa İttifaqı ərazisində yayımını dayandırmağı təklif edib.
“Onlara artıq məzmunlarını kabel, peyk, internet və ya smartfon proqramları vasitəsilə Aİ-də hər hansı formada yaymağa icazə verilməyəcək” - Leyen vurğulayıb.
Avropa Komissiyası 27 Aİ ölkəsinin daimi nümayəndələrinə sanksiyalarla bağlı təkliflər təqdim edib, həftənin sonunda onlarla bağlı qərarın veriləcəyi gözlənilir.
Ursula fon der Leyen qeyd edib ki, Avropa İttifaqının bir sıra üzvlərinin Rusiya neftindən ciddi asılılığı səbəbindən bu addımı atmaq asan olmayacaq, lakin Aİ “sadəcə buna getməlidir”.
Onun sözlərinə görə, Aİ-yə alternativ neft tədarükçüləri tapmaq və sanksiyaların neft bazarlarına təsirini minimuma endirmək məqsədilə Rusiya neftinə embarqo düşünülmüş şəkildə tətbiq edilməlidir. Leyen qeyd edib ki, Rusiya Federasiyasından neft və emal olunmuş neft məhsullarından imtina 6 ay çəkməli və 2022-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
Ursula fon der Leyen onu da bildirib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketi “Sberbank” da daxil olmaqla, 3 Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını əhatə edəcək.
“Biz nəhayət ki, Rusiyanın ən böyük bankı olan “Sberbank”ı SWIFT-dən ayırırıq. Həmçinin Rusiyadakı digər 2 böyük bankı SWIFT-dən ayıracağıq”, - AK rəhbəri əlavə edib.
Bundan əlavə, Leyenin sözlərinə görə, Aİ bir sıra avropalı mütəxəssislərə Rusiya şirkətlərinə xidmət göstərməyi qadağan etmək niyyətindədir: “Rusiya Federasiyasının hakimiyyəti Avropadan olan mühasiblərdən, məsləhətçilərdən, siyasi texnoloqlardan asılıdır. Onlar buna son qoyacaqlar. Biz Rusiya şirkətlərinə bu cür xidmətlərin göstərilməsini qadağan edirik”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı








.jpg)















.jpg)



.jpg)

