Dünya
Bu ölkələr dünyanın ən uzun təbii qaz kəmərini çəkir
Mərakeş və Nigeriya 5660 kilometr uzunluğunda dünyanın ən uzun dəniz qaz kəmərini çəkmək niyyətindədir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Nigeriya Prezidenti Məhəmməd Buhari Nigeriya Milli Neft Korporasiyası ilə Mərakeşin Karbohidrogenlər və Minerallar Milli İdarəsi arasında bağlanmış əməkdaşlıq sazişinin 2018-ci ilin iyununda paraflandığını bildirib.
Qaz kəməri qazı Nigeriyadan Mərakeşə 11 Qərbi Afrika ölkəsi vasitəsilə Avropa ölkələri üçün nəql edəcək.
Nigeriyanın neft ehtiyatları naziri Timipre Silva bildirib ki, ölkədən Qanaya qaz nəql edən Qərbi Afrika qaz kəmərinin davamı olan layihə hazırda maliyyə tərəfdaşları axtarır. Qaz kəmərinin tikintisinə 2023-cü ilin mayından əvvəl, Nigeriya Prezidenti Məhəmməd Buharinin səlahiyyət müddəti başa çatana qədər start verilməsi planlaşdırılır.
OPEK və Rusiya Mərakeş-Nigeriya qaz kəməri layihəsinə sərmayə qoymağa hazır olan beynəlxalq təşkilatlar sırasındadır.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
































