Dünya
"Saratoqa" otelində partlayış: ölənlərin sayı 20-ni ötdü
Havananın mərkəzindəki oteldə baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 64 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Sinxua" yazır.
"Havananın mərkəzində lüks oteldə baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb, 64 nəfər yaralanıb", - Kuba prezidentinin ofisinin bəyanatında deyilir.
Daha əvvəl partlayış nəticəsində 18 nəfərin öldüyü, 50-dən çox insanın xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
İlkin məlumatlara görə, partlayışın ən çox ehtimal olunan səbəbi qaz sızması olub.
"Milli Kapitol ilə üzbəüz yerləşən beşulduzlu otel adanın turizm sənayesindəki canlanmanın bir hissəsi olaraq mayın 10-da açılmağa hazırlaşırdı", - "Sinxua" bildirib.
Xatırladaq ki, cümə günü Havananın mərkəzində güclü partlayış baş verib. 1930-cu illərdə tikilmiş "Saratoqa" oteli dağılıb. Otelin binası 2005-ci ildə əsaslı təmir olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)