Dünya
Rusiya ölümcül silahlarını Krımın şimalına çəkir - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Peyk görüntüləri göstərir ki, Rusiya ordusunun zenit-raket qüvvələrini Krımın şimalına - Xerson vilayətinin yaxınlığında yerləşən Filatovka qəsəbəsinə cəmləşdirir.
Publika.az xəbər verir ki, bu barədə “Sxems” məlumat yayıb.
“6 May Planet Labs” görüntülərində Filatovka qəsəbəsinin iki ərazisində Rusiya hərbi texnikasının artdığını görmək olar.
Bildirilir ki, bu ərazidə yanacaq-sürtkü anbarı yerləşir. Həmçinin görüntülərdə 200-ə yaxın zirehli döyüş maşını və komandanlıq maşınını görmək mümkündür. Mobil zenit və raket sistemləri ola bilən iri ölçülü avadanlıqlar da əks olunub.
“Görünüşünə görə demək olar ki, bu, zenit-raket komplekslərinin üç növündən biridir, yəni: “Smerç” reaktiv yaylım atəş sistemi, S-300 zenit sistemi və ya “İskəndər” əməliyyat-taktiki raket kompleksi” - “Sxems”in hərbi eksperti bildirib.
Qeyd olunur ki, bu cür texnika Ukrayna hərbçilərinin mövqelərini atəşə tutmaq üçün istifadə oluna bilər.
Filatovkanın ikinci hissəsində hərbi texnikanın miqdarı demək olar ki, dəyişməyib. Orada hərbi yük maşınları və müxtəlif növ zirehli döyüş maşınları qalır.
Nəşr qeyd edir ki, 2018-ci ildən Rusiya sərhədçilərinin kazarmaları Filatovka ərazisində yerləşir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)
















.jpg)

.jpg)