Dünya
Armudu stəkan formasında UNİKAL HAVA LİMANI: Ərdoğan bu gün açılışını edəcək
Türkiyənin dənizi dolduraraq inşa etdiyi ikinci hava limanı olan Rizə-Artvin Hava Limanı bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən istifadəyə veriləcək.
Publik.az "TRT Haber"ə istinadla xəbər verir ki, 3 milyon kvadratmetr sahədə inşa edilən hava limanı 45 metr enində və 3000 metr uzunluğunda uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.
2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.
Unikal memarlığı və qabaqcıl mühəndislik texnologiyaları ilə reallaşdırılan hava limanı 32 min kvadratmetrlik terminal binası və digər köməkçi binalarla birlikdə 47 min kvadratmetr ümumi qapalı sahəyə malikdir.
Bölgənin mədəni elementlərinin izlərini daşıyan hava limanında çay stəkanı formasından ilhamlanaraq 36 metr hündürlüyündə qüllə, eləcə də yerli memarlığın əks olunduğu terminal binası tikilib. Ətrafı işıqlandırılan qüllə bölgənin siluetinə canlılıq qatacaq.
Texniki və inşaat xüsusiyyətləri ilə öz sahəsində dünyanın bir neçə nümunəsi arasında yerini alacaq Rize-Artvin Hava Limanı, təxminən 19 futbol meydançası boyda, başqa sözlə, 135 min kvadratmetrdən çox landşaft sahəsinə malikdir.
Hava limanının 49 min kvadratmetr sahəsi Qara dənizin coğrafi xüsusiyyətlərinə uyğun gələn 1453 ağacla yaşıllaşdırılıb.
Rizə çayını bütün dünyaya tanıtmaq, çayın bağçadan stəkana qədər hekayəsini və bölgənin tarixini izah etmək məqsədi ilə Çay Muzeyi və bədii əşyaların yerləşdiyi hava limanında 448 avtomobil tutumlu avtopark var.
Xüsusilə Şərqi Qara dəniz bölgəsində ölkənin turizminə, ticarətinə və istehsalına verdiyi töhfələrlə millətə, ətraf mühitə və ölkə iqtisadiyyatına xidmət edəcək hava limanı, həmçinin Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında potensial trafikdən yaranacaq nəqliyyat zəncirinin transfer mərkəzi olacaq.
Prezidentin Rəsmi Qəzetdə dərc olunan qərarı ilə hava limanı beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd qapısı olaraq təyin olunub.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






























.jpg)


