Dünya
Dünya aclıqla üz-üzə: ərzaq uğrunda mübarizə başladı
Dünya yeni aclıq təhlükəsi ilə üz-üzədir. Avropa İttifaqının üzvləri də daxil olmaqla 50 ölkənin qida ixracatını azaltmaq, ya da ümumiyyətlə dayandırmaq qərarı bu riski daha da aktuallaşdırdı.
Publika.az xəbər verir ki, Covid-19 pandemiyası, ardınca Rusiya-Ukrayna müharibəsi artan qida qiymətlərini qlobal böhran səviyyəsinə çatdırıb. Ölkələr daxili bazarda qiymətləri qorumaq üçün ixracatı böyük ölçüdə məhdudlaşdırır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi martda fevral ayı ilə müqayisədə 12,6 faiz artım oduğunu açıqladı. Qiymət artımları ötən ilin mart ayı ilə müqayisədə 33,6 faiz çoxdur və bu indiyə qədər ən yüksək səviyyə hesab olunur.
Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra 13,6350 dollara yüksələn buğda qiymətləri ilin əvvəlindən indiyə qədər 60 faiz artıb.
Ümumdünya Ticarət Təşkilatı pandemiya dövründə Avropa İttifaqı, Argentina, Boloviya, Braziliya, Kamboça, Kolumbiya, Misir, salvador, Polşa, Rumıniya, Qambiya, İndoneziya, Monqolustan, Şimali Makedoniya, Serbiya, isveçrə və Özbəkistanın strateji qida məhsulları ilə bağlı tədbirlərini artırdığını açıqlayıb.
Avropa İqtisadi İttifaqı ölkələri də pandemiya başlayan kimi ərzaq məhsullarının ixracını məhdudlaşdırıb.
Ukraya müharibəsi isə ərzaq məhsullarının tədarükündə qlobal xaosa səbəb oldu.
- Şəkər və şəkər qamışı;
- Günəbaxan yağı;
- Taxıl;
Rusiya bu məhsulların ixracını qadağan edib, yaxud böyük ölçüdə məhdudlaşdırıb.
Rusiya ilə yanaşı, Qazaxıstan da buğda və unun ixracını məhdudlaşdırdı. Dünyanın ən böyük ikinci iqtisadi gücü olan Çin də daxili bazarını qoruma siyasətini tətbiq edir, taxıl da daxil olmaqla bir çox ərzaq məhsullarını ehtiyat olaraq toplayır.
Müharibənin getdiyi Ukrayna buğda, qarğıdalı, günəbaxan, gübrənin ixracını qadağan etdi. Dünyanın ən böyük palma yağı ixracatçısı olan İndoneziya da bu sahəyə ciddi məhdudiyyətlər qoyub.
Yaxın Şərq və Afrika ölkələri də ərzaq ehtiyatlarının toplanması istiqamətində tədbirlərini artırırlar.
Bununla yanaşı, Hindistan quraqlığı əsas gətirərək, taxıl və digər ərzaq məhsullarının ixracını qadağan edib, yaxud böyük ölçüdə məhdudlaşdırıb.
Beynəlxalq ekspertlər dünyanın aclıq böhranı ilə üzləşə biləcəyini, bununla yanaşı, ölkələr arasında ərzaq müharibəsinin başlaya təhlükəsinin olduğunu deyirlər.
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO















.jpg)






.jpg)











