Putin-Tramp görüşü sual altındadır: Moskva aydınlıq gətirdi
Bizi izləyin

Dünya

Putin-Tramp görüşü sual altındadır: Moskva aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında yeni sammitin keçirilməsi üçün lazımi şərtlər hazırda mövcud deyil.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

Diplomat bildirib ki, Moskva və Vaşinqton arasında əlaqələr davam etdirilsə də, proses hələ arzu olunan səviyyədə deyil:

“Gündəliyimiz kifayət qədər genişdir. Təhlükəsizlik məsələləri bu gündəliyin mərkəzində dayanır”.

Ryabkov həmçinin ABŞ-a birbaşa uçuşların bərpa olunmasını dəstəklədiyini, lakin bu istiqamətdə hələ irəliləyiş əldə edilmədiyini qeyd edib.

“Ən yüksək səviyyədə hər hansı görüş hərtərəfli hazırlıq və bütün aspektlərin diqqətlə araşdırılmasını tələb edir. Bu günə qədər belə bir görüş üçün nə birinci, nə də ikinci şərt yerinə yetirilməyib. Hazırda əsas məqsəd iki liderin avqust ayında Ankoricdə formalaşdırdığı çərçivəni konkret detallarla tamamlamaqdır”, - Ryabkov əlavə edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm