Davudoğlu-Özdağ savaşı: “Türkiyə siyasəti bu qədər həyasızlıq görməyib”
Bizi izləyin

Dünya

Davudoğlu-Özdağ savaşı: “Türkiyə siyasəti bu qədər həyasızlıq görməyib”

Türkiyədə Prezident Kompleksində keçirilən qəbulda CHP və bir neçə müxalifət partiyası istisna olmaqla, bütün siyasi liderlərin Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu məsələ ilə bağlı Zəfər Partiyasının sədri Ümit Özdağ Gələcək Partiyasının lideri Əhməd Davudoğlunu sərt tənqid edib. Davudoğlu isə partiyasının parlament qrup iclasında ad çəkmədən Özdağa kəskin cavab verib.

O, Özdağı “irqçi, faşist və təxribatçı” adlandıraraq, onun suriyalılara qarşı aqressiv davranışlarını və İsrail kəşfiyyatı ilə əlaqələr haqda dediklərini xatırladıb:

“O, özü etiraf etdi ki, Mossad agentləri ilə görüşüb, İsrail kəşfiyyat rəisi onlara brifinq keçirib. Bu adam indi bizə siyasi əxlaqdan dərs keçməyə çalışır. Türkiyə siyasəti bu qədər həyasızlıq görməyib”.

Davudoğlu, həmçinin əlavə edib ki, Özdağ “MHP-dən iki dəfə, İyi Partiyasından isə bir dəfə qovulub” və onu Türkiyədə nifrət və düşmənçilik yaymaqda ittiham edib:

“Bu faşist düşüncə əsla türklərin dostu deyil. Kürdlərin və ərəblərin düşmənidir. Türkiyə bu nifrət siyasətinə uyarsa, bölgədə sevgi ilə xatırlanan deyil, nifrətlə anılan bir ölkəyə çevrilər”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm