Dünya
Hollivud Fələstini dəstəkləyən ulduzların “qara siyahısı”nı tutdu
Donald Trampa simpatiyası ilə tanınan milyarder Devid Ellisonun rəhbərliyə gəlməsindən sonra "Paramount Film Studios" siyasi baxışları “həddindən artıq radikal” hesab edilən aktyor və rejissorlarla əməkdaşlığı dayandırmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Qeyri-rəsmi “qara siyahı”ya İsraili fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edən tanınmış simaların da daxil ediləcəyi bildirilir.
Studiyanın Emma Stoun, Mark Ruffalo, Tilda Svinton, Xavyer Bardem, Runi Mara və rejissor Yorqos Lansimos kimi məşhurların imzaladığı açıq məktuba münasibəti Hollivudda mübahisələrə səbəb olub. Həmin məktubda fələstinlilərə qarşı soyqırım və aparteiddə şərik olan İsrail kinostudiyalarının boykot edilməsinə çağırılırdı.
Bundan əvvəl aktrisa Susan Sarandon Qəzza ilə bağlı şərhlərinə görə sənayedə gizli boykotla üzləşdiyini açıqlamışdı. “Fəryad 7” filmindən çıxarılan aktrisa Melissa Barrera da eyni səbəbdən oxşar vəziyyətə düşüb.
Müşahidəçilərin fikrincə, “Paramount”un yeni strategiyası Hollivudda qüvvələr balansını dəyişərək “mütərəqqi” ulduzlardan uzaqlaşıb, siyasətdən kənar “neytral” kino istiqamətinə keçidi sürətləndirə bilər.
Adəm
-
Elm və təhsil18:20Prezident onları təltif etdi - SİYAHI
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir



































