Dünya
CHP bələdiyyəsinə qarşı 8-ci dalğa əməliyyatı: 7 iş adamı saxlanıldı
Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı rüşvət və korrupsiya istintaqı genişlənməyə davam edir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün səkkizinci dalğa əməliyyatı keçirilib.
Əməliyyat zamanı biri bələdiyyə işçisi, yeddisi iş adamı olmaqla səkkiz nəfər saxlanılıb. İstintaqın mərkəzində olan şəxs vəzifəsindən kənarlaşdırılmış Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcekdir.
Böcek 5 iyulda keçmiş gəlini Zuhal Böcek ilə birlikdə saxlanılıb və məhkəmə tərəfindən həbs edilib. Böcekin oğlu Mustafa Gökhan Böcekin də bir müddət xaricdə olduğu və Vyanadan qayıtdıqdan sonra həbs edildiyi bildirilir. Böcek vəzifəsindən kənarlaşdırılıb və yerinə bələdiyyə şurasından müvəqqəti bir müavin təyin edilib.

İstintaq sənədlərindəki iddialara görə, Böyükşəhər Bələdiyyəsindən tender qazanan iş adamları A.A., B.Ç., M.Y. və Y.Y., Mühittin Böcek və oğlu Mustafa Gökhan Böcekə 195 milyon lirə rüşvət ödəyərək haqqlarını alıblar. Bu pulların bir hissəsinin valyutadəyişmə məntəqələri vasitəsilə qızıla çevrildiyi, bəzi zərgərlik müəssisələrinə köçürüldüyü və bu müəssisələrə qəyyumlar təyin edildiyi bildirilib.
Qeyd edək ki, 10 sentyabrda keçirilən əməliyyatlarda iyirmi bir nəfər saxlanılmışdı. "Kanal V" televiziyasının sahibi M.O.K., keçmiş baş katibin müavini T.S. və ANT Tepe bələdiyyə şirkətinin meneceri İ.E. də daxil olmaqla beş nəfər həbs edilib. Bəzi təqsirləndirilən şəxslər azadlığa buraxılsa da, Antalya Baş Prokurorluğu yeni tapıntılar əsasında iş materiallarını genişləndirməyə davam edir.
Roza
-
Sosial17:36Mənşəyi məlum olmayan ət məhsulları tapıldı
-
İdman17:13“Qarabağ” yenə böyük hesabla uduzdu
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...































