Dünya
Rəisi Xodainin intiqamını alacağına SÖZ VERDİ
İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri - red.) polkovniki Həsən Sayad Xodainin qisasını alacaq.
Publika.az">Publika.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
Siyasətçinin çıxışı İran dövlət televiziyası tərəfindən yayımlanıb. “Polkovnik Sayad Xodainin şəhadəti ilə bağlı başsağlığı verirəm” deyən İran lideri qeyd edib ki, təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq və qəhrəmanın qisası cinayətkarlardan alınacaq.
Xatırladaq ki, mayın 22-də naməlum şəxslər Tehranın şərqindəki xiyabanlardan birində evinə gedən Sayad Xodainin avtomobilinə atəş açıb. Hücumda motosikletdə olan iki nəfər olub. Hücumçular İran İnqilabı Keşikçiləri Korpusunun zabitinə beş dəfə atəş açıblar.
İnqilab Keşikçiləri Korpusunun zabitinin qətli mayın 22-də məlum olub. SEPAH polkovniki Xodainin Tehrandakı evinin qarşısında hücuma məruz qaldığı bildirilir. Motosikletli iki şəxs ona atəş açıb və sonra hadisə yerindən qaçıblar. SEPAH baş verənləri terror aktı adlandırıb. Hücum edənlər hələ də azadlıqdadır və hüquq-mühafizə orqanları onları axtarır.
Xatırladaq ki, 2020-ci ilin yanvarında Bağdadda ABŞ-ın raket hücumu zamanı iranlı general, SEPAH-ın elit Qüds bölməsinin komandiri Qasim Süleymani öldürülüb. Onunla birlikdə onu müşayiət edən bir neçə zabit və İraq şiə milislərinin komandir müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
