Dünya
Texasda məktəbə SİLAHLI HÜCUM: ölənlərin sayı 21-ə çatdı - YENİLƏNDİ
ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub.
Publika.az xəbər verir kiI, bu barədə CNN məlumat yayıb.
Daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.
Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb", - qubernator deyib.
Bundan əvvəl iki məktəblinin öldüyü barədə məlumat yayılmışdı. ABC-nin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, 10-dan çox yaralı var.
Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.
xxx
01:11
Texas ştatının Uvald şəhərində ibtidai məktəbdə atışma baş verib.
Publika.az CBS-yə istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbot məlumat vcerib.
Bildirib ki, hücum nəticəsində azı 14 şagird və bir müəllim həlak olub.
Ebbottun sözlərinə görə məktəblilərə 18 yaşlı Salvador Romas atəş açıb. Onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhv edildiyi iddia edilir.
Yerli KİV-in məlumatına görə, insident yerli vaxtla saat 12:00-da başlayıb, bir saat sonra polis silahlı şəxsin tutulduğunu elan edib.
Hadisənin motivləri və zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























