“Bunları ona yaraşdırmıram” deyən Rəşad Sadıqova Vernidubdan reaksiya
Bizi izləyin

İdman

“Bunları ona yaraşdırmıram” deyən Rəşad Sadıqova Vernidubdan reaksiya

“Bunları ona yaraşdırmıram” deyən Rəşad Sadıqova Vernidubdan reaksiya

Noyabrın 27-də “Zirə” Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Oyun bizim üçün uğursuz başladı. Halbuki həftəboyu oyuna hazırlaşanda, rəqibin pressinq tətbiq edəcəyini, bizim isə sadə oynayıb, səhv etməmək tapşırığı vermişdik. 15-20 dəqiqə ərzində ərazi üstünlüyünü ələ almışdıq, təhlükəli qol epizodlarımız yox idi. Amma üstünlük bizdə idi. Rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futblçulardan razı qaldım. Çempionatın favoritinə qarşı səfərdə oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirik. Bu şəkdilə davam etsək, zədəlilər də geri dönsə, daha güclü olacağıq.

Leqbo ötən matçda müdafiənin sol cinahında oynadı, vinger kimi çıxış edirdi…

Bizdə vinger qıtlığı var. Hazırda vingerimiz Erendir, Kris və Smitt perspektivli, oyunçulardır. Onları gələcək üçün almışıq. Məcburiyyətdən rotasiyalar edirik. Amin və Qisməti cinah müdafiəçiləri, Leqbo və Ereni vinger kimi oynatmağı planlaşdırırıq. Leqbo hücumlarda yaxşı idi, Finlandiyada assistləri çox idi, 14-15 qol vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Bu tip oyunları udmaq, qələbələr qazanmaq üün ön xətdə nəticəni həll edəcək ounçular var.

Oyundan sonra Yuri Verniduba barmaq silkələdiz, o da siz getdikdən sonra sizə barmaq silkələdi…

Barmaq silkəmələyi yadımda deyil. Ona dedim ki, artıq kəlimələr çox danışırsız, “Neftçi”dəsiz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur. Ötən oyunda da çox artıq sözlər demişdi. Sadəcə “Neftçi”yə olan hörmətdən danışmırıq. Bəzi açıqlamaları, kəlimələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçə-keçə çox danışırdı. Deyəcəm, deyəcək sənə demirdim, amma 2 metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var, çünki “Neftçi”dəsiz, bu klubda kim işləsə ona hörmətlə yanaşacağıq.

Oyunun son dəqiqələri gərgin keçdi. “Neftçi”nin futbolçularında ilk oyundan qalan çılığınlıq var idi. Onu hiss etdiz?

Qələbəni xüsus qeyd etmələrini görmədim. Biz də futbolçu olmuşuq, məğlub olduğun komandanı istəklə gözləyirsən, udmaq istəyirsən. Başa düşürdük ki, “Neftçi” qalib gəlsə, qış fasiləsinə çempion kimi gedə bilərdi. Futbolçularda hörmətsizlik görmədim.

“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub da matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Rəşad Sadıqov dedi ki, aranızda mübahisə yarandı, gileyləndi..

Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub. Amma mən tərəfdən heç nə yoxdur.

“Neftçi”yə gəldikdən sonra “Zirə”ni məğlub edə bilməmişdiz. Nəyi dəyişdiz ki, qalib gəldiz?

Futbolçular oyuna necə çıxacaqlarını bildilər, bu da xoşuma gəldi. Oyunu iki hissəyə bölək. Birinci hissədə bizim üstünlüyümüz var idi. “Zirə”də hansısa epizod xatırlamıram. Çox tez qol vurduq. Buna baxmayaraq fürsətlərimiz də oldu, sadəcə reallaşdıra bilmədik. İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. 20 dəqiqədən sonra bizim oyunçular uduzmaq istəmirdilər deyə, daha çox müdafiədən oynadılar. Ancaq dözdük, hesabı qoruduq. Bizim üçün çox önəmlidir. İrəliyə doğru davam edirik. 85-ci dəqiqədə hətta mərkəz müdafiəçisi meydana buraxdım. Ondan sonra oyunu 5-3-2 formatında davam etdirdik. Çünki bilirdik ki, “Zirə” asmalar edir. Onlarda Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu ona görə meydana buraxdım ki, üç müdafiəçimizin üçü də ucaboyludur və asmaların qarşısını alsınlar.

– Dəqiqədən və nəticədən asılı olmayaraq, 90 dəqiqə dominant olacaq “Neftçi”ni nə vaxt görə bilərik?

Bu suala cavab vermək çox çətindir. Mən də istəyirəm ki, “Neftçi” 90 dəqiqə dominantlıq etsin. Futbol inkişaf edir, yerində durmur. İndiki Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var, “Sabah”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”,”Qarabağ”, “Zirə”, heç biri asan rəqib deyil. Onlar da istəyirlər ki, hər zaman dominantlıq etsinlər. Onların da məşqçiləri var, onlar da oyun udmaq istəyirlər və oyunu buna uyğun qururlar. “Sabah” – “Barselona” oyununa baxdınız, deməzdim ki, “Barselona” bütün oyunu dominantlıq etdi. “Sabah” göstərdi ki, eyni səviyyədə futbol oynaya bilir. “Sabah” ilk qolu da vura bilərdi. “Viktoriya”(Plzen) “Benfika”dan güclüdür? Hesab 4:0 oldu. Komandamızın hər bir üzvünə minnətdaram, onların oyuna olan münasbətinə, zəhmətkeşliklərinə görə. Onlar buna davam etsələr, daha gözəl oyun ortaya qoyacağıq. Rəşad Sadıqov məsələsinə gəldikdə, belə şey xatırlamıram. Mən mübahisə edən biri deyiləm. Mənim ona qarşı heç bir mənfi münasibətim yoxdur, fikirlərim, emosiyalarım oyundakı bəzi epizodlarla bağlıdır. Ona görə bu mövzunu bağlamaq lazımdır.

Komandanın ağsaqqalı kimi azarkeşlərə çağırış etmək istəyərdiniz? Tribunalar yenə dolmur…

Bu çağırışı hər oyun edirəm. Azarkeşlərimizi salamlayıram. Futbolu seyr edən digər şəxslərə də salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərin sayı daha da artacaq. Hamı da deyir ki, 90 illiyimizdir, yubileydir. Gəlin, bizə dəstək olun. Onları stadionda görmək çox xoşdur, daha dominant qalmağa çalışacağıq ki, oyun azarkeşlərimizin də xoşuna gəlsin. Azarkeşlər “Neftçi”nin 12-ci oyunçusudur. Baxın görün “Kəpəz” azarkeşləri komandaya necə dəstək göstərirlər. Onlara baxanda ürəyim fərəhlə dolur, sanki Avropa oyunu görürəm. İstəyərdim ki, bizim də stadion tam olaraq dolsun. Azarkeşlər bizim irəliyə getməyimiz üçün generator rolunu oynayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm