Macarıstan hökuməti ölkənin iqtisadiyyatını və təhlükəsizliyini qorumaq üçün tədbirlərə başladı
Bizi izləyin

Dünya

Macarıstan hökuməti ölkənin iqtisadiyyatını və təhlükəsizliyini qorumaq üçün tədbirlərə başladı

Mayın 27-dən yalnız Macarıstan qeydiyyatı olan avtomobillər Macarıstan yanacaqdoldurma məntəqələrində litri üçün minimum 480 HUF qiymətinə yanacaq doldura biləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, digərləri bazar qiymətini ödəməlidir. “Top MyHungary.Net” də yayıla məlumata görə, bunu Baş Nazir Aparatının rəhbəri Gergey Quiyaş növbəti mətbuat konfransında deyib.

Aparatının rəhbəri qeyd edib ki, Macarıstanda yanacaq Avropada ən ucuz olduğu üçün bu, sui-istifadəyə və yanacaq turizminə yol açdı, buna görə də hökumət daxili bazarı qorumaq üçün yeni tədbirlər görməyə qərar verib.

Macarıstan hökuməti keçən il noyabrın ortalarında yanacağın qiymətlərini donduraraq, 95-ci benzinin və dizel yanacağının qiymətini litr üçün 480 forint səviyyəsində məhdudlaşdırıb. Tədbir əvvəlcə üç ay müddətinə tətbiq edilib, fevralın ortalarından uzadılıb, sonra isə mayın ortalarında iyulun 1-dək uzadılıb.

Qergeli Quyaşın sözlərinə görə, yeni qurulan hökumət artıq iki iclas keçirib, birinci iclasda hərbi vəziyyətin elan edilməsi, ikinci iclasda banklar və enerji şirkətləri üçün xüsusi verginin tətbiqi barədə qərar qəbul edilib.

Hökumətin fikrincə, elektrik enerjisi haqqının azaldılması ən vacib və çətin vəzifələrdən biridir, çünki Aİ ölkələrinin əksəriyyətində istehlak qiymətləri artıq 5-6 faiz artıb. Hesablardakı azalmanı ödəmək üçün əlavə gəliri olan vergi ödəyicilərindən çıxılacaq kommunal xidmətlərin müdafiəsinin fondu yaradılacaq. Müdafiə qabiliyyətinin inkişafı üçün daha bir fond yaradılıb.

Görülən tədbirlərin hədəfi odur ki, hökumətin büdcə kəsiri bu il 4,5 faizə çatsın. Hökumət gələn ilin büdcəsini Büdcə Şurasına təqdim edəcək. Parlament iyunun birinci yarısında büdcə layihəsinin müzakirəsinə başlayacaq. Baş nazirin aparat rəhbəri onu da bildirib ki, inflyasiyanın 5,2 faiz, kəsir hədəfinin isə 3,5 faiz olacağı gözlənilir. Gələn il üçün 68 min milyard forint ÜDM və təxminən 26 min milyard forint ümumi büdcə gözlənilir. Macarıstan hökuməti iqtisadiyyatda 4,1 faiz artımı real hesab edir.

İqtisadi İnkişaf Naziri Marton Nad bildirib ki, növbəti iqtisadi böhran yaxınlaşdıqca dayanıqlı iqtisadiyyat qurmaq, büdcə və dövlət borcunu möhkəm nəzarət altında saxlamaq vacibdir. Nazir onu da əlavə edib ki, tam məşğulluğun, pensiyaların alıcılıq qabiliyyətinin qorunması, ailəyə dəstək tədbirləri son dərəcə vacibdir.

Nazir cari sahəvi xüsusi vergilərə əlavə olaraq tutulacaq izafi mənfəət vergisinin hansı şirkətlərə təsir edəcəyini açıqlayıb: İlk növbədə, verginin ildə 300 milyard forint təşkil edəcəyi bank sektorunun adını çəkib.

Hökumət sığorta sektorundan 50 milyard HUF, enerji sektorundan 300 milyard HUF, pərakəndə sektordan 60 milyard HUF, telekommunikasiya sektorundan 40 milyard HUF, aviasiya sektorundan 30 milyard HUF və əczaçılıq sektorundan 20 milyard HUF alacaq. Həmçinin 2023-cü il yanvarın 1-dən reklam vergisi tətbiq olunacaq, hökumət 15 milyard forint alacağını gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm